İlham Əliyev “Microsoft International” şirkətinin prezidenti Jan Filip Kurtua ilə görüşmüşdür

24 yanvar 2014, 10:31
İlham Əliyev “Microsoft International” şirkətinin prezidenti Jan Filip Kurtua ilə görüşmüşdür

Prezident İlham Əliyev Davosda “Microsoft International” şirkətinin prezidenti Jan Filip Kurtua ilə görüşmüşdür.

Görüşdə Azərbaycan ilə “Microsoft International” şirkəti arasında əməkdaşlığın uğurla inkişaf etdiyi bildirildi. Şirkətin ölkəmizdəki fəaliyyətindən, müxtəlif sahələrdə həyata keçirdiyi layihələrdən məmnunluq ifadə olundu.

Söhbət zamanı Azərbaycanda proqram təminatı və əqli mülkiyyətin qorunması sahəsində görülən işlər yüksək qiymətləndirildi. Həmçinin “Microsoft”un proqram təminatının müəllif hüququnun qorunması sahəsində Azərbaycan hökumətinin rolu xüsusi vurğulandı. 

gallery-photogallery-photo