Göygöl Olimpiya İdman Kompleksinin açılışında İlham Əliyevin nitqi

21 yanvar 2014, 16:40
Göygöl Olimpiya İdman Kompleksinin açılışında İlham Əliyevin nitqi

- Göygöldə Olimpiya Mərkəzi tikilibdir. Bu gün bu mərkəzin açılışını birlikdə qeyd edirik. Sizi təbrik edirəm. Burada idmanla məşğul olmaq üçün bütün imkanlar vardır. Mən soruşuram deyirlər ki, ümumiyyətlə, Göygöl rayonunda idman obyektləri, idmanla məşğul olmaq üçün imkan olmamışdır. İndi belə gözəl imkan vardır. Ən yüksək səviyyədə tikilibdir - hovuz, oyun, məşq zalları, artıq burada gözəl memarlıq özünü göstərir. Bir də ki, kotteclər, mehmanxana. Yəni, rayonun inkişafı üçün bu mərkəzin çox böyük əhəmiyyəti vardır. Burada şahmat dərnəyi fəaliyyət göstərəcəkdir.

Ona görə, biz Göygöl idmançılarından yaxşı nəticələr gözləyirik. Gərək yaxşı nəticələr, qələbələr olsun, həm ölkə çempionatlarında, həm də beynəlxalq turnirlərdə. İndi belə şəraitdən sonra gərək yaxşı da nəticələr olsun. Çünki Azərbaycanda idman sürətlə inkişaf edir. Biz idman aləmində yüksək zirvələrə qalxmışıq. Azərbaycan indi idman dövlətidir, çoxlu medallarımız, idmançılarımız, dünya, Olimpiya çempionları vardır. Keçən il təkcə bir il ərzində Olimpiya idman növləri üzrə dörd dünya çempionumuz olmuşdur. 2012-ci ildə Yay Olimpiya Oyunlarında böyük qələbə qazanmışıq. Universiadada gənc idmançılarımız Azərbaycanın idman şöhrətini yüksəklərə qaldırmışlar. Yəni, biz idman ölkəsi kimi özümüzü artıq təsdiq etmişik. Gərək bu müsbət dinamika davam etsin. Buna nail olmaq üçün gərək uşaqlar, yeniyetmələr hər yerdə, hər bir rayonda idmanla məşğul olsunlar. Biz bu şəraiti yaradırıq.

Göygöl Olimpiya İdman Kompleksi Azərbaycanda tikilən sayca 41-ci regional kompleksdir. Artıq Bakıdan başqa 41 şəhərdə idmanla məşğul olmaq üçün gözəl imkanlar vardır.

Bakıda isə Avropa Oyunlarına hazırlıq gedir. Yeni idman obyektləri tikilir - Olimpiya Stadionu, Su İdmanı Sarayı, Stend Atıcılığı Mərkəzi, Gimnastika Kompleksi. Əvvəllər tikilmiş idman obyektləri təmir edilir. Biz gələn il Avropa Oyunlarını yüksək səviyyədə keçirməliyik və əminəm ki, keçirəcəyik.

Ona görə, indi Göygöldə idmanla bağlı problemlər öz həllini tapacaqdır. Burada gözəl məşq prosesi təşkil edilməlidir. Eyni zamanda, yığma komandalarımız da gəlib burada təlim-məşq toplantılarında iştirak etməlidirlər. Bir sözlə, əminəm ki, Göygöl Olimpiya Kompleksinin gözəl gələcəyi olacaqdır.

Bütövlükdə, rayonda bu gün bir neçə tədbirdə iştirak etmişəm. Onların içərisində əlbəttə ki, su-kanalizasiya layihəsini xüsusi qeyd etmək istəyirəm. Siz yaxşı bilirsiniz ki, Göygöl rayonunda su təchizatı həmişə böyük problem olub. Təmiz, keyfiyyətli içməli su həmişə problem olub. Bu problem artıq aradan qaldırılıb. İndi ölkəmizdə ən təmiz və keyfiyyətli sulardan biri artıq Göygölə verilir. Şəhər içməli su ilə tam təmin edilir. Bu su kəmər boyu yerləşən yeddi kəndə də verilir. Gələcəkdə başqa kəndlərin su problemi də həll ediləcəkdir. Bu, tarixi layihədir, tarixi nailiyyətdir. Çünki bu ərazidə, bu rayonda heç vaxt keyfiyyətli su olmamışdır

Bax, Azərbaycan dövlətinin siyasəti və gücü bunda özünü göstərir. İnsanların sağlamlığı, rahat yaşamaları üçün Azərbaycan dövləti bu böyük layihələri icra edir. Dağlardakı mənbədən 25 kilometr uzunluğunda kəmər çəkilib, böyük vəsait xərclənibdir. Dağların arasında süni göl, yəni, su hövzəsi yaradıldı ki, burada yaşayan sakinlər təmiz su içsinlər. Mənə verilən məlumata görə, şəhərin qaz problemi də 100 faiz həll edilib. Göygöl şəhəri 100 faiz qazlaşdırılıbdır. Kəndlərin yarısı da qazlaşdırılıbdır. Bu da heç vaxt olmamışdır. İndi biz buraya da qaz çəkdik, 100 faiz təmin olundu.

Elektriklə bağlı problemlər həll edilibdir. Kənd yolları tikilir. Bir layihə icra edilir, daha bir layihə icra ediləcəkdir. Təkliflər verilib. Elə etməliyik ki, burada bir dənə də təmirsiz kənd yolu qalmasın.

Bütün rayon infrastrukturu inkişaf edir və yeniləşəcəkdir.

Əlbəttə ki, rayonun aqrar potensialı çox böyükdür. Bu istiqamətdə hələ görüləsi işlər çoxdur. Turizm potensialı da vardır. Ancaq turizm potensialının inkişafı, ondan səmərəli şəkildə istifadə etmək üçün şərait olmalıdır. Yol, qalmağa yer, infrastruktur olmalıdır. Bunları da biz yaradırıq və yaradacağıq.

Göygöl rayonunun inkişafı üçün əlavə təbdirlər də görüləcək, vəsait də ayrılacaqdır ki, burada işlər həmişə yaxşı getsin.

Əvvəlki səfərlərimdə xəstəxananın açılışında bərabər olmuşuq. Bu gün Bayraq Meydanının təqdimatı keçirilmişdir. Bu da çox önəmli məsələdir. Bizim bayrağımız dövlətçiliyimizin rəmzidir. İndi hər şəhərdə bayraq meydanı vardır. Bu da müasir Azərbaycanın yenilikləridir. Bakıda və hər bir şəhərdə. Bütün digər istiqamətlər üzrə Bakıda nə varsa, bütün şəhərlərdə də olmalıdır. Deyə bilərəm ki, Bakı hələ 100 faiz su ilə təmin edilməyib. Bakıda görülən son işlər hesabına biz davamlı suyun verilməsini ancaq 78 faiz səviyyəsinə qaldıra bilmişik. Amma Göygöldə 100 faizdir. Qazlaşdırma Bakıda 96 faiz, Göygöldə 100 faizdir. Bunlar regional proqramın icrası nəticəsində mümkün olmuşdur. İki proqram icra edilibdir. Üçüncü proqram da yaxın gələcəkdə qəbul ediləcəkdir. O da beşillik proqram olacaqdır. Orada hər bir rayon, o cümlədən Göygöl rayonu üzrə konkret beşillik fəaliyyət planı öz əksini tapacaqdır. Hər bir vətəndaş proqramı oxuya bilər ki, onun rayonunda hansı işlər gözlənilir. Artıq proqram daha çox yerlərdən gələn təkliflər əsasında tərtib edilir. Sakinlərin müraciətləri nəzərə alınır. Bildiyiniz kimi, dövlət və hökumət orqanlarının vəzifəli şəxsləri mütəmadi qaydada bölgələrə ezam olunurlar, sakinlərlə görüşürlər, onların problemlərini eşidirlər və həll edirlər. Bax, növbəti proqram da sakinlərdən gələn təkliflər əsasında formalaşıbdır. Növbəti beş il ərzində qalan infrastruktur, sosial məsələlər öz həllini tapacaqdır, o cümlədən məktəb tikintisi. Hələ ki, Göygöldə də təmirsiz məktəblər, digər sosial və infrastruktur layihələr vardır.

Bu gözəl obyektin - idman kompleksinin açılışı münasibətilə sizi bir daha təbrik edirəm, sizə cansağlığı, uğurlar arzulayıram.

SƏNƏDLƏR Fərmanlar 28 mart 2024
14:39
“Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23 fevral tarixli 1101-VIQD nömrəli Qanununun tətbiqi və “Avtomobil yolları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 mart tarixli 299 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23...

28 mart 2024, 14:39
SƏNƏDLƏR Fərmanlar 27 mart 2024
14:10
Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 1760 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 6 iyul...

27 mart 2024, 14:10