İordaniyanin Krali Əlahəzrət II Abdullaha

24 may 2010, 16:56

Əlahəzrət,

Əziz qardaşım,

İordaniya Haşimilər Krallığının milli bayramı – Müstəqillik günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimizi yetirirəm.

Azərbaycan-İordaniya dövlətlərarası münasibətlərinin inkişafı zəminində genişlənən əlaqələrimiz məmnunluq doğurur. Əminəm ki, dost ölkələrimiz arasında istər ikitərəfli qaydada, istərsə də beynəlxalq qurumlar çərçivəsində əməkdaşlığı müvəffəqiyyətlə davam etdirmək üçün bundan sonra da birgə səylər göstərəcəyik.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, qardaş İordaniya xalqına əmin-amanlıq və rifah arzulayıram.

Hörmətlə,

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 11 may 2010-cu il.