Səbuhi Ədilovdan, Bakı, Azərbaycan
08 fevral 2014, 18:25
Hörmətli cənab Prezident!
İlk növbədə Sizi yenidən Prezident seçilməyiniz münasibətilə səmimi qəlbdən təbrik edirəm. Seçimimdə qalib gəldiyim üçün xoşbəxtəm. Azərbaycanımızın dünyaya tanıdılmasında, xüsusən Bakımızın dünyanın ən gözəl şəhərlərindən birinə çevrilməsində böyük xidmətləriniz vardır.
Hörmətli cənab Prezident, xalqımızın yaşayış səviyyəsi durmadan yüksəlir. Mən bir azərbaycanlı kimi əminəm ki, Sizin sayənizdə tezliklə rüşvətxorluq halları tamamilə aradan qaldırılacaq, xalqımız daha firavan yaşayacaq və dövlətimiz dünyanın ən zəngin ölkələrindən biri olacaqdır. İnanıram ki, Sizin rəhbərliyinizlə düşmən tapdağı alında olan torpaqlarımızı tezliklə azad edəcəyik.
Dərin hörmətlə,
Ədilov Səbuhi Elşad oğlu.
Azərbaycan Respublikası, Bakı şəhəri, Yasamal rayonu.