10 fevral 2014, 13:00

İlkin Şıxəliyevdən, Sabirabad, Azərbaycan

Hörmətli cənab Prezident!

İlk öncə Sizi və ailənizi salamlayıram. Növbəti dəfə Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Hörmətli cənab Prezident, bu seçkilərdə xalqımız kimi mən də Sizi dəstəkləmişəm. Hesab edirəm ki, Sizin növbəti dəfə Prezident seçilməyiniz xalqımız və ölkəmiz üçün ən doğru seçimdir. Siz çox gözəl insan, yüksək mənəvi dəyərlərə və keyfiyyətlərə malik lidersiniz. Xalqımızın ümummilli lideri Heydər Əliyevin layiqli davamçısı olaraq, Siz ölkəmizə sosial-iqtisadi və siyasi sahələrdə böyük uğurlar qazandırmısınız. Mən bir vətəndaş kimi əldə edilmiş nailiyyətlərə görə çox sevinirəm.

Möhtərəm Prezident, Sizə və ailənizə uzun ömür, cansağlığı, xoş həyat, gələcək fəaliyyətinizdə daha böyük uğurlar arzulayıram. Allah-Taala həmişə Sizi qorusun!

Dərin hörmətlə.

Şıxəliyev İlkin Elşad oğlu.
Azərbaycan Respublikası, Sabirabad rayonu.