Gəncə şəhərinin sosial-mədəni inkişafında xidmətləri olan şəxslərə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

13 fevral 2014, 18:55

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Gəncə şəhərinin sosial-mədəni inkişafında xidmətləri olan aşağıdakı şəxslərə Azərbaycan Respublikasının fəxri adları verilsin:

“Xalq Artisti”

Balayev Məmmədəli Bəşir oğlu
Şərifov Vaqif Abdulla oğlu
Verdiyev Fikrət Süleyman oğlu

“Əməkdar Artist”

Abbasov Elxan Yunis oğlu
Elçiyev Elçin Emin oğlu
Cəfərov Məmməd Əhməd oğlu

“Əməkdar Müəllim”

Bağırov Sərdar Cabbar oğlu
Hacıyev Məhəmməd Teymuraz oğlu
Yusubalıyev Yusub Köçəri oğlu

“Əməkdar Mühəndis”

Qurbanəliyev Çingiz Midhət oğlu
Məmmədov Elgün Fərman oğlu
Mahmudov Miryusif Mircəfər oğlu

“Əməkdar Memar”

Rüstəmli Əli Xasay oğlu

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 13 fevral 2014-cü il.