25 fevral 2014, 10:30

Məhərrəm Məhərrəmovdan, Lerik, Azərbaycan

Hörmətli cənab Prezident!

Biz Lerik rayonunun ucqar Tülü-Conu inzibati ərazi dairəsində yaşayırıq. Ərazimizdəki kəndlərə gedən yollar dağlardan, dərələrdən keçir. Xüsusilə payız-qış aylarında bu yollarda gediş-gəliş xeyli çətinləşir, aylarla tam keçilməz vəziyyətdə olurdu. Sakinlər rayonumuzun mərkəzinə çox vaxt Astara rayonu ərazisindən keçərək gedirdilər.

Hörmətli cənab Prezident, biz bu yolun vəziyyəti barədə Sizə ünvanladığımız müraciətimizdə onun təmirinə kömək göstərilməsini xahiş etmişdik. Müraciətimizdən dərhal sonra yolun əsaslı təmirinə başlanıldı. Texnikanın köməyi ilə yolun 300-400 metrlik hissəsində sərt, keçilməz qayalar çapıldı, yol genişləndirildi və əsaslı tikinti işləri aparıldı. Artıq tikinti işləri başa çatmış və bizim üçün rahat yol açılmışdır. Bu, bizim rayon mərkəzinə, digər şəhərlərə gediş-gəlişimizi tamamilə asanlaşdırmışdır.

Möhtərəm Prezident, müraciətimizə həssaslıqla yanaşaraq, bizə etdiyiniz köməyə, göstərdiyiniz diqqət və qayğıya görə Sizə kəndimizin sakinləri adından dərin minnətdarlığımızı bildiririk.

Hörmətlə,

Məhərrəmov Məhərrəm.
Azərbaycan Respublikası, Lerik rayonu, Conu kəndi.