25 fevral 2014, 11:20

Mətləb Baxşıyev və başqalarından, Lerik, Azərbaycan

Möhtərəm Prezident!

Sizin müdrik rəhbərliyiniz altında ölkəmizin regionlarının sosial-iqtisadi inkişafı sahəsində genişmiqyaslı tədbirlər həyata keçirilir.

Görülən tədbirlər zamanı heç bir yaşayış məntəqəsinin, hətta ən ucqar kəndlərin problemləri nəzərinizdən yayınmır. Belə yaşayış məntəqələrindən biri də Lerik rayonunun əlçatmaz ərazisində yerləşən Conu kəndidir. Rayon mərkəzindən bizim yaşadığımız kəndə gedən yolda sıldırım qayalıqlar olduğuna görə gediş-gəliş üçün həmişə böyük dövrə vuraraq, hətta başqa rayonun ərazisindən keçərək, dəfələrlə artıq məsafə qət etməyə məcbur olurduq. Həll edilməsi çox çətin olan bu problemimiz məhz Sizin diqqət və qayğınız sayəsində aradan qaldırıldı. 300 metrlik məsafədə qayalıqlar partladılaraq, ərazidə yerləşən kəndlərin 1700 nəfər əhalisinin gediş-gəlişi üçün rahat yol salındı. Bu, bizim üçün tarixi hadisədir. Bizə göstərdiyiniz qayğıya görə kəndimizin bütün sakinləri adından Sizə minnətdarlığımızı bildiririk.

Hörmətlə,

Baxşıyev Mətləb
Cabbarov Baxış
Hüseynov Fərman və başqaları.

Azərbaycan Respublikası, Lerik rayonu, Conu kəndi.