İlham Əliyev İranda istehsal olunan bir sıra yeni avadanlıqlarla tanış olmuşdur

17 noyabr 2010, 19:12
İlham Əliyev İranda istehsal olunan bir sıra yeni avadanlıqlarla tanış olmuşdur

Azərbaycan ilə İran arasında enerji və nəqliyyat sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumunun imzalanmasından sonra Prezident Mahmud Əhmədinejad İranda istehsal olunan sutəmizləyici qurğunu, cərəyan tuneli mikroskopunu və uşaqların eşitmə qabiliyyətini müəyyənləşdirən cihazı Prezident İlham Əliyevə təqdim etdi.

İran Prezidenti dedi ki, sutəmizləyici qurğu, cərəyan tuneli mikroskopu və uşaqların eşitmə qabiliyyətini müəyyənləşdirən cihaz İranda geniş tətbiq edilir.

Prezident Mahmud Əhmədinejad nümayiş etdirilən avadanlığın texniki-iqtisadi göstəriciləri barədə Prezident İlham Əliyevə məlumat verdi. O bildirdi ki, bu avadanlıqlar Mərkəzi Asiya, ərəb, Afrika və Latın Amerikası ölkələrinə də ixrac edilir.