|
18 noyabr 2010, 15:00
“Prokurorluq haqqında”, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” və “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişikliklər və əlavə edilməsi barədə Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır: I. “Prokurorluq haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, № 12, maddə 688; 2000-ci il, № 7, maddə 494; 2002-ci il, № 8, maddə 464; 2004-cü il, № 1, maddə 10, № 2, maddə 57, № 3, maddə 133, № 4, maddə 202; 2005-ci il, № 10, maddələr 874, 876, 902; 2006-cı il, № 11, maddə 927; 2007-ci il, № 1, maddə 1, № 2, maddə 82; 2009-cu il, № 6, maddə 399, № 11, maddələr 877, 878) aşağıdakı dəyişikliklər edilsin: 1. 10-cu maddənin üçüncü hissəsinin iyirmi birinci abzasında “xatirə medal və nişanları” sözləri “xatirə nişanları” sözləri ilə əvəz edilsin;
2. 32-ci maddənin birinci hissəsinin altıncı abzasından “xatirə medalları və ya” sözləri çıxarılsın. III. “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 7, maddə 586; 2007-ci il, № 1, maddə 1, № 8, maddə 756, № 11, maddələr 1078, 1081; 2008-ci il, № 3, maddə 155, № 6, maddə 481, № 8, maddələr 694, 710; 2009-cu il, № 6, maddə 399, № 11, maddə 878; 2010-cu il, № 3, maddə 171, № 4, maddə 273) aşağıdakı dəyişikliklər və əlavə edilsin: 1. 28.1.7-ci və 28.1.8-ci maddələr aşağıdakı redaksiyada verilsin:
“28.1.7. “fəxri ədliyyə işçisi” adının verilməsi; 2. Aşağıdakı məzmunda 28.1-1-ci maddə əlavə edilsin:
“28.1-1. Ədliyyə sisteminin inkişafı sahəsində göstərdikləri səmərəli əməkdaşlığa və verdikləri töhfələrə görə Azərbaycan Respublikasının və xarici ölkələrin dövlət və digər qurumlarının, habelə beynəlxalq təşkilatların nümayəndələri və ölkə vətəndaşları fəxri fərman və xatirə nişanı ilə təltif edilə bilərlər.”. 18 noyabr 2010, 15:24
“Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişikliklər və əlavə edilməsi barədə Azərbaycan Respublikasının Qanunu
more...
18 noyabr 2010, 15:05
“Prokurorluq haqqında”, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” və “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişikliklər və əlavə edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
more...
AXTAR:
XƏBƏRLƏR:
14 avqust 2013, 13:30
İlham Əliyev “İsmayıllı-1” Su Elektrik Stansiyasının açılışında iştirak etmişdir
14 avqust 2013, 13:20
İlham Əliyev İsmayıllıda tikiş fabrikinin açılışında iştirak etmişdir
14 avqust 2013, 12:50
İlham Əliyev İsmayıllı şəhərinə içməli suyun verilməsi mərasimində iştirak etmişdir
14 avqust 2013, 12:30
İlham Əliyev İsmayıllı rayonuna səfərə gəlmişdir
13 avqust 2013, 19:55
İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin bəyanatlarla çıxış etmişlər
13 avqust 2013, 19:05
Azərbaycan-Rusiya sənədlərinin imzalanma mərasimi olmuşdur
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.