18 mart 2014, 11:30

Nasir Quluzadədən, Bakı, Azərbaycan

Möhtərəm Prezident!

Sizin “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 29 avqust tarixli 973 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə bu gün verdiyiniz Fərman biz müharibə veteranlarının ürəyincədir. Mübarək Novruz bayramı ərəfəsində verdiyiniz bu Fərman mənim, eləcə də ailəm üçün çox böyük hədiyyədir. Əlbəttə, bu, Sizin Azərbaycan xalqının rifah halının yaxşılaşdırılması ilə bağlı verdiyiniz ilk Fərman deyil. Lakin tam səmimiyyətlə bildirmək istəyirəm ki, biz vətəndaşlar üçün ən böyük hədiyyə Sizin əzmkar siyasi fəaliyyətiniz nəticəsində doğma Azərbaycanımızın siyasi və iqtisadi qüdrətinin, eləcə də beynəlxalq nüfuzunun gündən-günə artmasını görməkdir. Buna görə Sizə dərin təşəkkürümü bildirirəm. Qoy Ulu Tanrı Sizi və Azərbaycanımızı hifz etsin!

Quluzadə Nasir Vaqif oğlu.

Azərbaycan Respublikası, Bakı şəhəri.