İlham Əliyev Əfqanıstanın xarici işlər nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir

18 mart 2014, 14:35
İlham Əliyev Əfqanıstanın xarici işlər nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir

Prezident İlham Əliyev Əfqanıstan İslam Respublikasının xarici işlər naziri Zarar Ahmad Osmaninin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Azərbaycan ilə Əfqanıstan arasında dostluq və tərəfdaşlıq əlaqələrinin səviyyəsinin razılıq doğurduğunu vurğulayan dövlətimizin başçısı ölkələrimizin bütün beynəlxalq təşkilatlarda bir-birini dəstəkləməsinin önəmini qeyd etdi. Prezident İlham Əliyev Azərbaycanın Əfqanıstanda sabitliyin və əmin-amanlığın qorunması istiqamətindəki fəaliyyətini əməkdaşlığımızın yaxşı göstəricisi kimi dəyərləndirdi. Ölkələrimiz arasında iqtisadi əlaqələrə toxunan dövlətimizin başçısı bu sahədə də əməkdaşlıq imkanlarının müəyyənləşdirilməsi istiqamətində işlərin aparılmasının zəruriliyini qeyd etdi.

Xarici işlər naziri Zarar Ahmad Osmani Əfqanıstan İslam Respublikasının Prezidenti Həmid Kərzainin salamlarını dövlətimizin başçısına çatdırdı. O bildirdi ki, ölkəsinin Prezidenti Azərbaycan ilə uzunmüddətli uğurlu əməkdaşlıqdan məmnundur.

Görüşdə ölkələrimiz arasında əməkdaşlığın müxtəlif istiqamətlərdə, o cümlədən iqtisadi, ticarət, sərmayə qoyuluşu və digər sahələrdə inkişaf etdirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Dövlət başçısı Prezident Həmid Kərzainin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Əfqanıstan İslam Respublikasının Prezidentinə çatdırmağı xahiş etdi.

SƏNƏDLƏR Fərmanlar 24 aprel 2024
13:06
“Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin fəaliyyətinin təmin edilməsi və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında” 2011-ci il 20 iyul tarixli 472 nömrəli, “Sumqayıt şəhərində avtomobil nəqliyyatı ilə sərnişin daşınması sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” 2015-ci il 7 dekabr tarixli 704 nömrəli və “Gəncə şəhərində avtomobil nəqliyyatı ilə sərnişin daşınması sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” 2016-cı il 25 yanvar tarixli 750 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 8 sentyabr tarixli 1842 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi və bəzi sərəncamlarının ləğv edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin fəaliyyətinin təmin edilməsi və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının...

24 aprel 2024, 13:06