19 mart 2014, 13:00

İranə Həsənovadan, Mingəçevir, Azərbaycan

Hörmətli cənab Prezident!

Mingəçevir şəhərinə göstərdiyiniz diqqət, onun sosial-iqtisadi inkişafı ilə bağlı imzaladığınız sərəncamlar nəticəsində şəhərimiz müasir sənaye mərkəzinə çevrilir, sakinlərimizin işsizlik problemi aradan qalxır, əhalinin maddi rifahı durmadan yüksəlir. Bizə göstərilən qayğının bir nümunəsi də Sizin tapşırıqlarınıza uyğun olaraq, hazırda şəhər əhalisinin çox yüksək səviyyədə tibbi müayinəsinin aparılmasıdır. İstehsalatın işini pozmamaq, vətəndaşların vaxtına qənaət etmək üçün bu iş müəyyən olunmuş qrafiklər üzrə həyata keçirilir.

Qeyd etmək lazımdır ki, şəhərimizdə şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə, bütün imkansız ailələrə xüsusi diqqət və qayğı göstərilir, onların problemləri yerindəcə həll edilir.

Hörmətli cənab Prezident! Bu diqqət və qayğı Sizin Vətənə, xalqa olan məhəbbətinizdən irəli gəlir. Sizə dərin minnətdarlığımızı bildirir, Ulu Tanrıdan uzun ömür və cansağlığı arzulayırıq.

Hörmətlə,

İranə Həsənova,
şəhid anası.

Azərbaycan Respublikası, Mingəçevir şəhəri.