01 aprel 2014, 15:30

Kamran Salmanovdan, Qazax, Azərbaycan

Hörmətli cənab Prezident!

Sizin “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş və Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların uşaqlarının təhsil xərclərinin ödənilməsi haqqında” 2014-cü il 18 mart tarixli Sərəncamınız bizim kimi yüzlərlə ailənin hədsiz sevincinə səbəb olmuşdur. Övladlarımızın təhsil haqqının dövlət hesabına ödənilməsi Sizin Qarabağ əlillərinə göstərdiyiniz qayğının bariz nümunəsidir.

Bizim ailənin övladımızın təhsil haqqını ödəməyə imkanı artıq tükənmişdi. Belə bir anda Siz bizə sanki ikinci həyat bəxş etdiniz. Biz sadə vətəndaşlar ömrümüzün sonunadək Sizin yürütdüyünüz siyasətə sadiq qalacağıq.

Möhtərəm Prezident! Sizə ali dövləti fəaliyyətinizdə müvəffəqiyyətlər arzulayır və “Çox sağ olun!” deyirik!

Salmanovlar ailəsi və onların yaxınları adından dərin hörmətlə,
Salmanov Kamran Salman oğlu,
II qrup Qarabağ müharibəsi əlili.
Azərbaycan Respublikası, Qazax rayonu, Qazaxbəyli kəndi.