|
19 noyabr 2010, 15:27
Nəzakət Məmmədovadan, Naxçıvan, Azərbaycan
Xalqımızın qürur mənbəyi olan Dövlət Bayrağı Meydanının möhtəşəm açılış mərasiminə baxdığım zaman sözlə ifadə olunmayan sevincimə görə Sizə, əziz Prezidentimiz, dərin minnətdarlığımı bildirirəm. Ulu öndərimizin “mən fəxr edirəm ki, azərbaycanlıyam” kəlməsinin, eləcə də Sizin Prezident seçilməyinizlə əlaqədar keçirilən andiçmə mərasiminin məndə doğurduğu hədsiz sevinc, xoşbəxtlik və həyəcan hisslərini mən bir daha bu analoqu olmayan mərasimə baxdığım zaman yaşadım. Bayrağımızın qaldırılması zamanı Sizin keçirdiyiniz həyəcanı ekranda görərkən göz yaşlarımı saxlaya bilmədim. Möhtərəm Prezidentimiz, Sizin müdrikliyiniz, səyiniz, bacarığınız sayəsində Xankəndində, Şuşada, azad edilmiş ərazilərimizdə belə bir sevinci yaşamağı Allah hamımıza qismət etsin. Bir daha Sizə, Mehriban xanıma dərin təşəkkürümü bildirirəm. Həmişə var olun! Allah Sizi qorusun! Xalqımızın üstündən əskik olmayasınız! Xalqımıza bol-bol sevinc, daha da gözəl güzəran bəxş edəsiniz! Siz möhtərəm Heydər Əliyevin davamçısı kimi hər zaman qəlbimizdəsiniz.
Hörmətlə, 19 noyabr 2010, 20:06
İlham Əliyevin Lissabonun beynəlxalq hava limanında qarşılanma mərasimi olmuşdur
more...
AXTAR:
XƏBƏRLƏR:
14 avqust 2013, 13:55
İlham Əliyev İsmayıllı şəhərində yeni avtovağzalın açılışında iştirak etmişdir
14 avqust 2013, 13:45
İlham Əliyev İsmayıllıda İvanovka-Hacıhətəmli-Mollaisaqlı avtomobil yolunun açılışında iştirak etmişdir
14 avqust 2013, 13:30
İlham Əliyev “İsmayıllı-1” Su Elektrik Stansiyasının açılışında iştirak etmişdir
14 avqust 2013, 13:20
İlham Əliyev İsmayıllıda tikiş fabrikinin açılışında iştirak etmişdir
14 avqust 2013, 12:50
İlham Əliyev İsmayıllı şəhərinə içməli suyun verilməsi mərasimində iştirak etmişdir
14 avqust 2013, 12:30
İlham Əliyev İsmayıllı rayonuna səfərə gəlmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.