Seymur Əliyevdən, İngiltərə, Böyük Britaniya
07 aprel 2014, 13:00
Hörmətli cənab Prezident!
Sizi Azərbaycan Respublikasının prezidenti seçilməyiniz münasibətilə bir daha təbrik edirik. Mən və Böyük Britaniyada yaşayan azərbaycanlılar fəxr edirik ki, Siz ulu öndər Heydər Əliyevin layiqli davamçısı olaraq daim xalqımızın rifahı naminə çalışırsınız. Sizin apardığınız daxili və xarici siyasət xalqımız tərəfindən bəyənilir və alqışlanır. Burada yaşayan və çalışan azərbaycanlılar da Sizin siyasətinizi dəstəkləyir və inanırlar ki, Azərbaycan Sizin apardığınız uğurlu daxili və xarici siyasət nəticəsində daha da çiçəklənəcək və dünyanın ən inkişaf etmiş ölkələri sırasında layiqli yerini tutacaqdır. Sizə uğurlar arzulayırıq.
Hörmətlə,
Əliyev Seymur Teymur oğlu.
Böyük Britaniya.