07 aprel 2014, 13:40

Cəlal Məmmədov və başqalarından, Gədəbəy, Azərbaycan

Çox hörmətli cənab Prezident!

Biz Sizin daxili və xarici siyasətinizi ürəkdən bəyənir və dəstəkləyirik. Sizin rəhbərliyiniz altında ölkəmizdə abadlıq-quruculuq işləri geniş vüsət almış, respublikamız başdan-başa tikinti meydanına çevrilmişdir.

Biz bunu Gədəbəy rayonunun timsalında da görürük. Siz rayonumuzun sosial-iqtisadi inkişafı ilə bağlı bir sıra mühüm sərəncamlar imzalamışsınız. “Gədəbəy rayonunun Qarıkənd-Miskinli-Çalburun və Qızıltorpaq-Ağbaşlar avtomobil yollarının tikintisi ilə bağlı əlavə tədbirlər haqqında” 2014-cü il 31 mart tarixli Sərəncamınız da bütün gədəbəyliləri çox sevindirdi.

Möhtərəm cənab Prezident! Sizə belə gözəl və xeyirxah işlərinizə görə təşəkkür edirik. Allahdan Sizə və ailə üzvlərinizə cansağlığı, xoşbəxtlik arzulayırıq.

Əlinağılar kəndinin ağsaqqalları adından dərin hörmətlə,

Məmmədov Cəlal Kərəm oğlu
Murquzova Mürəstə Ağəli qızı
Abdullayev Rafiq Hüseyn oğlu
Murquzov Əkbər İsa oğlu və başqaları.

Azərbaycan Respublikası, Gədəbəy rayonu.