08 aprel 2014, 14:00

Valentina Niftəliyeva-Zommerdən, Abşeron, Azərbaycan

Hörmətli cənab Prezident!

Bu məktubda yazdıqlarım ürəkdən gələn sözlərdir. Mən milliyyətcə almanam, həyat yoldaşım azərbaycanlıdır. Azərbaycanın başına gələn ümumi bəla nəticəsində ailəmiz Füzuli rayonundan məcburi köçkün düşmüşdür. Təqaüdçü olduğum üçün maddi imkanım məhduddur. Buna görə də xəstəliyimlə əlaqədar olaraq həkimə müraciət etməmişdən əvvəl çox narahat idim. Lakin Xırdalan şəhərində xəstəxanaya getdikdən sonra narahatlığımdan heç bir əsər-əlamət qalmadı. Məni çox yaxşı qarşılayıb hərtərəfli müayinə etdilər. Əməliyyat olunub 5 günə tam sağaldım. Tibbi xidmətlə yanaşı xəstəxananın yeməkləri, təmizliyi çox yüksək səviyyədədir.

Hörmətli cənab Prezident! Ölkəmizin səhiyyə müəssisələrində yaradılmış belə şərait Sizin diqqətinizin nəticəsidir.

Xalqımızın sağlamlığına göstərdiyiniz qayğıya görə Sizə öz minnətdarlığımı bildirirəm.

Hörmətlə,

Valentina Niftəliyeva-Zommer.

Azərbaycan Respublikası, Abşeron rayonu, Xırdalan şəhəri.