Gerb

09 aprel 2014, 11:00
W1siziisijiwmtuvmdyvmtuvmmyymtrmm2dlm18yotc0nc5qcgcixsxbinailcj0ahvtyiisijy1nhgzmjcjil1d?sha=5a69e0464c7c4627

İran İslam Respublikasına rəsmi səfərə gələn Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Tehranda rəsmi qarşılanma mərasimi olmuşdur.

Azərbaycanın və İranın dövlət bayraqlarının dalğalandığı Prezident sarayının qarşısındakı meydanda dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

İran Prezidenti Həsən Ruhani Azərbaycan Prezidenti İlham Əliyevi qarşıladı.

Azərbaycanın və İranın dövlət himnləri səsləndi.

Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verdi.

Dövlət başçıları fəxri qarovul dəstəsinin önündən keçdilər.

Prezidentlər birgə foto çəkdirdilər.

İran nümayəndə heyəti Azərbaycan Prezidenti İlham Əliyevə, Azərbaycan nümayəndə heyəti isə İran Prezidenti Həsən Ruhaniyə təqdim olundu.


Böyük ölçüdə