09 aprel 2014, 10:45

F. Məmmədovadan, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident!

Bütün xalqımız kimi biz də Sizi ürəkdən sevir və hər zaman Allahın Sizi qoruması üçün dualar edirik. Siz vətəndaşlarımıza çox böyük qayğı göstərir, onların problemləri ilə maraqlanır, tez-tez onların arasında olursunuz. 2012-ci il martın 3-də Bakı şəhərinin Nizami rayonundakı 110 saylı uşaq bağçasının açılışında iştirakınız bizim ailəmiz üçün xüsusilə əlamətdardır. Çünki hazırda mənim oğlum həmin uşaq bağçasında tərbiyə alır. Bağçanın kollektivi öz işinə çox məsuliyyətlə yanaşır, təmizliyə, səliqə-sahmana yüksək səviyyədə nəzarət edilir. Burada yaradılmış şəraitdən çox razıyıq.

Hörmətli cənab Prezident! Sizin diqqətiniz sayəsində uşaqlarımıza göstərilən bu qayğıya görə Sizə dərin minnətdarlığımızı bildiririk.

Hörmətlə,

Məmmədova F.
Azərbaycan Respublikası, Bakı şəhəri, Nərimanov rayonu.