09 aprel 2014, 11:20

Rauf Fərzəliyevdən, Laçın, Azərbaycan

Hörmətli cənab Prezident!

“Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün artırılması və “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 29 avqust tarixli Fərmanında dəyişiklik edilməsi barədə” 2014-cü il 17 mart tarixli fərmanlarınız, habelə “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş və Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların uşaqlarının təhsil xərclərinin ödənilməsi haqqında” 2014-cü il 18 mart tarixli Sərəncamınız mənə və ailəmə böyük sevinc bəxş etmişdir.

Ümummilli liderimiz Heydər Əliyevin layiqli davamçısı olaraq Sizin apardığınız siyasəti ürəkdən bəyənir və dəstəkləyirik.

Sağlamlığımda problemlər olmağına baxmayaraq, işğal olunmuş torpaqlarımızın yağı düşməndən azad edilməsi uğrunda çağırışınıza hər an hazıram.

Cənab Ali Baş Komandan! Müharibə əlillərinə, veteranlarına və şəhid ailələrinə olan diqqət və qayğınıza görə Sizə dərin təşəkkürümüzü bildirir, uzun ömür, cansağlığı arzulayır, Azərbaycan xalqının rifahı naminə gördüyünüz işlərdə uğurlar diləyirik. Tanrı Sizi və ailənizi qorusun!

Dərin hörmətlə,

Fərzəliyev Rauf Silyan oğlu,
II qrup Qarabağ müharibəsi əlili.
Azərbaycan Respublikası, Laçın rayonu.