Gerb

09 aprel 2014, 16:00
W1siziisijiwmtuvmdyvmtuvnnj6ethlc2n4dl8yotc3ns5qcgcixsxbinailcj0ahvtyiisijy1nhgzmjcjil1d?sha=ab537fe697c79828

Prezident İlham Əliyev İranın rabitə və informasiya texnologiyaları naziri, hökumətlərarası komissiyanın həmsədri Mahmud Vaezi ilə görüşmüşdür.

Görüşdə Azərbaycan Prezidenti İlham Əliyevin İrana rəsmi səfərinin ikitərəfli münasibətlərin genişlənməsi baxımından əhəmiyyəti qeyd edildi. Azərbaycan və İran prezidentlərinin apardığı müzakirələrin hökumətlərarası komissiyanın işinə töhfə verəcəyi vurğulandı. Səfər zamanı aparılan müzakirələrin əlaqələrimizin daha da genişlənməsində mühüm rol oynayacağı bildirildi.


Böyük ölçüdə