İ.N.Əliyevin Kürdəmir rayonu İcra hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

16 aprel 2014, 17:35

Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin II hissəsini rəhbər tutaraq qərara alıram:

İrşad Nadir oğlu Əliyev Kürdəmir rayonu İcra hakimiyyətinin başçısı vəzifəsindən azad edilsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 16 aprel 2014-cü il.