Kolumbiya Respublikasının Prezidenti Zati-aliləri cənab Xuan Manuel Santosa

18 aprel 2014, 17:50

Hörmətli cənab Prezident,

Böyük yazıçı, Nobel mükafatı laureatı Qabriel Qarsiya Markesin vəfatı xəbəri bizi olduqca kədərləndirdi.

Bu əvəzsiz itki ilə əlaqədar kədərinizi bölüşür, Sizə, mərhumun ailəsinə, bütün Kolumbiya xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı, 18 aprel 2014-cü il.