“Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

22 aprel 2014, 20:51

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 27-ci bəndini rəhbər tutaraq, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının 2011-ci il 24 iyun tarixli 165-IVQ nömrəli Qanununu nəzərə alaraq qərara alır:

“Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, №1, maddə 4; 2001, №3, maddə 141; 2007, №12, maddə 1212; 2008, №11, maddə 960) aşağıdakı dəyişikliklər edilsin:

1. 13-cü maddənin ikinci hissəsi aşağıdakı redaksiyada verilsin:
“Tibbi sığorta təşkilatı sığorta əməliyyatları üzrə fəaliyyətinin sabitliyini təmin etmək üçün “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sığorta haqları hesabına sığorta ehtiyatlarını formalaşdırmalıdır.”;

2. 16-cı maddənin beşinci hissəsində “qanunvericiliyində müəyyən edilmiş qaydada məhkəmə tərəfindən” sözləri “qanunları ilə müəyyən edilmiş qaydada, o cümlədən məhkəmə qaydasında” sözləri ilə əvəz edilsin;

3. 17-ci maddədə “qanunvericiliyinə uyğun olaraq” sözləri “Mülki, İnzibati Xətalar və Cinayət məcəllələrində nəzərdə tutulmuş hallarda” sözləri ilə əvəz edilsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 4 aprel 2014-cü il.