İlham Əliyev İspaniya Krallığının xarici işlər və əməkdaşlıq nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir

23 aprel 2014, 14:30
İlham Əliyev İspaniya Krallığının xarici işlər və əməkdaşlıq nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir

Prezident İlham Əliyev İspaniya Krallığının xarici işlər və əməkdaşlıq naziri Xose Manuel Qarsia-Marqalyonun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Dövlət başçısı Xose Manuel Qarsia-Marqalyonun başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycana səfərinin ölkələrimiz arasında əlaqələrin daha da möhkəmlənməsi işinə xidmət edəcəyinə ümidvar olduğunu bildirdi. İspaniyanın Baş naziri Mariano Raxoy Breylə Vilnüsdəki görüşünü məmnunluqla xatırlayan Prezident İlham Əliyev görüş zamanı əməkdaşlığımızın genişləndirilməsi ilə bağlı səmərəli müzakirələr apardığını dedi. Dövlətimizin başçısı ölkələrimiz arasında əməkdaşlığın müxtəlif istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, mədəni və digər sahələrdə inkişaf etdirilməsi üçün qarşılıqlı marağın olmasının önəmini qeyd etdi.

Nazir Xose Manuel Qarsia-Marqalyo İspaniya Kralı Xuan Karlosun və Baş nazir Mariano Raxoy Breyin salamlarını dövlətimizin başçısına çatdırdı. O, İspaniyanın Baş naziri Mariano Raxoy Breyin Azərbaycan Prezidentinin İspaniyaya səfərə dəvəti ilə bağlı məktubunu Prezident İlham Əliyevə təqdim etdi. İspaniyalı nazir ölkəsinin Baş naziri Mariano Raxoy Breyin öz növbəsində Azərbaycan Prezidenti ilə Vilnüsdəkı görüşünü məmnunluqla xatırladığını dedi. İspaniya xarici işlər nazirinin ölkəmizə ilk səfərinin olduğunu vurğulayan Xose Manuel Qarsia-Marqalyo əlaqələrimizin genişləndirilməsi baxımından səfərin önəmini qeyd etdi.

Dövlət başçısı İspaniya Kralı Xuan Karlosun və Baş nazir Mariano Raxoy Breyin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını İspaniyanın Kralına və Baş nazirinə çatdırmağı xahiş etdi.

SƏNƏDLƏR Fərmanlar 15 aprel 2024
14:35
“Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” və “Təhsil haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23 fevral tarixli 1099-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 3 may tarixli 1361 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində, Azərbaycan...

15 aprel 2024, 14:35
SƏNƏDLƏR Qanunlar 15 aprel 2024
14:33
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” və “Təhsil haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci, 5-ci, 6-cı və 17-ci bəndlərini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin...

15 aprel 2024, 14:33
SƏNƏDLƏR Fərmanlar 15 aprel 2024
14:31
“Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23 fevral tarixli 1098-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan...

15 aprel 2024, 14:31
SƏNƏDLƏR Fərmanlar 15 aprel 2024
14:29
“Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23 fevral tarixli 1098-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2010-cu il 1 oktyabr tarixli 331 nömrəli və “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı əlavə tədbirlər və “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 22 yanvar tarixli 265 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” 2011-ci il 24 noyabr tarixli 537 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə”...

15 aprel 2024, 14:29
SƏNƏDLƏR Qanunlar 15 aprel 2024
14:27
“Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci və 14-cü bəndlərini rəhbər tutaraq qərara alır:

“Məişət zorakılığının qarşısının alınması haqqında”...

15 aprel 2024, 14:27