24 aprel 2014, 11:00

Vahid Əhmədzadədən, Salyan, Azərbaycan

Möhtərəm Prezident!

Siz Qarabağ müharibəsi əlillərinə, veteranlarına və şəhid ailələrinə həmişə qayğı göstərir, onların problemlərinin həllini diqqət mərkəzində saxlayırsınız. Mən 1993-1994-cü illərdə Qarabağ müharibəsində erməni işğalçılarına qarşı döyüşlərdə iştirak etmişəm.

Sonra yaralanaraq II qrup əlil olmuşam. O vaxtdan indiyə qədər dövlətimizin biz veteranlara, şəhid ailələrinə olan qayğısını bilavasitə hiss etmişəm. Bu qayğının nəticəsi olaraq 2010-cu ildə dövlət tərəfindən 2 otaqlı mənzillə təmin olunmuşam. 2014-cü il aprel ayının 16-da isə mənə “NAZ LİFAN” markalı minik avtomobili verilmişdir. Bu il aprel ayının 1-dən müharibə əlillərinə ödənilən Prezident təqaüdünün məbləğinin artırılması da bizi çox sevindirir.

Hörmətli cənab Prezident! Bizə göstərdiyiniz qayğıya görə Sizə dərin minnətdarlığımızı bildirir, cansağlığı, uzun ömür və fəaliyyətinizdə uğurlar arzu edirik.

Dərin hörmətlə,

Əhmədzadə Vahid Həmzə oğlu,
II qrup Qarabağ müharibəsi əlili.

Azərbaycan Respublikası, Salyan şəhəri.