24 aprel 2014, 11:30

Məmməd Atababayevdən, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident!

Sizin unikal, dinamik, şəffaf və uzaqgörən siyasətiniz sayəsində Azərbaycan güclü və zəngin bir dövlətə çevrilmiş, xalqımızın firavan həyatı, parlaq gələcəyi təmin edilmişdir. Vətəndaşlarımız özlərinin əvəzsiz lideri kimi bütün ümidlərini Sizə bağlayır, talelərini Sizə etibar edirlər. Sizin diqqət və qayğınız sayəsində onların hər bir problemi öz həllini tapır. Mənim iflic olmuş iki qızıma etdiyiniz yardım ailəmi çətin vəziyyətdən xilas etmişdir.

Hörmətli cənab Prezident! Bizə göstərdiyiniz yüksək qayğıya görə Sizə öz adımdan və ailəm adından təşəkkürümü bildirirəm.

Allahdan Sizə və ailənizə uzun ömür, möhkəm cansağlığı, bol-bol uğur və xoşbəxtlik arzulayıram. Daim Azərbaycan xalqına dayaq olasınız, Azərbaycan xalqı da Sizə dayaq olsun!

Dərin hörmətlə,

Atababayev Məmməd.

Azərbaycan Respublikası, Bakı şəhəri, Nərimanov rayonu.