Bakıda İkinci Qlobal Açıq Cəmiyyətlər Forumunun açılışında İlham Əliyevin nitqi

28 aprel 2014, 11:20
Bakıda İkinci Qlobal Açıq Cəmiyyətlər Forumunun açılışında İlham Əliyevin nitqi

- Hörmətli xanımlar və cənablar.

Hörmətli qonaqlar.

Sizin hamınızı Azərbaycanda salamlayıram və ümidvar olduğumu bildirmək istəyirəm ki, ölkəmizdə olacağınız günlər uzun müddət ərzində sizin yaddaşınızda qalacaqdır. Burada Azərbaycana ilk dəfə səfər edən qonaqlarımız da vardır.

Ümidvaram ki, bizim ölkəmiz, tariximiz, mədəniyyətimiz haqqında yaxşı təəssüratlarınız olacaqdır. Mən xüsusi olaraq həmkarlarımı - keçmiş dövlət və hökumət başçılarını salamlamaq istəyirəm. Təxminən otuzdan artıq keçmiş dövlət və hökumət başçısı qonaqlarımız sırasındadır. Bu, əlbəttə ki, tədbirimizin əhəmiyyətini göstərir.

Mən, həmçinin Madrid Klubuna təşəkkürümü bildirmək istəyirəm ki, onlar bizim ölkəmizin yaxşı tərəfdaşıdır. Bizim əməkdaşlığımız bir neçə il öncə qurulub və bu, çox məhsuldar və fəal işbirliyidir. Mən, həmçinin çox məmnunam ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi bu yaxınlarda yaradılmış bir qurum kimi olduqca qısa müddət ərzində kifayət qədər nüfuzlu beynəlxalq təsisata çevrilmişdir və artıq Madrid Klubu ilə birlikdə bu cür mühüm toplantını təşkil edir.

Dostlarımıza, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə dəstək verənlərə apardıqları fəaliyyətə görə olduqca minnətdaram. Bu Mərkəz Azərbaycan xalqının istedadının və müdrikliyinin rəmzi olan Azərbaycan şairi Nizami Gəncəvinin adını daşıyır.

Forumun gündəliyi çox genişdir və həyatımızın bütün mühüm aspektlərini əhatə edir. Əlbəttə ki, bu gün və sabah keçiriləcək sessiyalar zamanı hər kəs üçün bərabər imkanlar və lazımi həyat standartlarını təmin etmək məqsədilə keçmişdə baş verənlər və gələcəkdə görülməli işlər barədə mühüm bəyanatlar veriləcəkdir. Açıq cəmiyyət elə bir cəmiyyətdir ki, onun bütün üzvləri özlərini rahat hiss edir, şərəfli həyat tərzi sürür, iş yerləri vardır və öz övladlarının gələcəyinə əmindirlər.

Bizim öz təcrübəmiz vardır. Müstəqillik baxımından ölkəmiz gəncdir. Müstəqilliyimizin əldə edilməsindən sonra cəmi 22 il keçməsinə baxmayaraq, belə bir qısa tarixi müddətdə müxtəlif məsələləri həll etməli olduq. Başlanğıcda bir çox problemlərdən, siyasi və iqtisadi çətinliklərdən əziyyət çəkmişik. İndi isə, Azərbaycan dünyada ən sürətlə inkişaf edən iqtisadiyyatlardan biri olduğu dövrdə bu dəyişiklik sadəcə gözlərimiz qarşısındadır və şadıq ki, biz bu prosesin bir hissəsi olmuşuq və həmçinin Azərbaycanın müasir dövlətə çevrilməsində fəal iştirak edirik. Xalqımızın gözəl tarixi, adət-ənənələri, mədəniyyəti vardır, lakin müstəqil ölkə kimi biz gəncik. Ötən əsrin əvvəlində müstəqillik dövrümüz olub, lakin bu, rus imperiyası dağıldıqdan və bolşevik inqilabından sonra baş verib və qısa sürüb, yalnız iki il çəkib. İnqilabın o vaxt şüarları var idi: Zavodlar fəhlələrə, torpaqlar kəndlilərə verilməli, azadlıq isə rus imperiyasının bütün xalqları üçün təmin edilməli idi. Lakin həmin vədlərin heç biri reallığa çevrilmədi.

Buna görə, iki ildən sonra biz müstəqillikdən məhrum olduq və Azərbaycan digər ölkənin bir hissəsinə çevrildi. Əlbəttə ki, bu, həyatımızın, tariximizin bir hissəsi olub. Ona görə keçmiş sovet məkanında yaşayan insanlar, fikrimcə, onlar öz müstəqilliyini, müstəqil seçimini, azad olmaq, öz dövlətinə malik olmaq hüququnu daha yüksək dəyərləndirirlər və onlar öz dövlətləri ilə fəxr edirlər. Azərbaycanın təcrübəsi göstərir ki, gələcəyimiz, taleyimiz öz əlimizdə olduğu zaman biz əvvəlki vaxtlarla müqayisədə daha çox iş görə bilərik. Çünki qısa müstəqillik dövrümüz göstərir ki, bütün çətinliklərə, iqtisadi və siyasi böhranlara, 1990-cı illərin əvvəlində vətəndaş müharibəsinə baxmayaraq, biz həmin çətinliklərin öhdəsindən gələ bildik. Bu gün gələcəyimizi planlaşdırdıqda həyat tərzimizi daha da yaxşılaşdırmaq və daha güclü olmaq haqqında düşünürük.

Bu cür dəyişikliklərin əsas səbəblərindən birinə, yəni, ilkin şərtlərə gəldikdə, bu, islahatlar siyasətidir. Çünki həyatımızın hər bir aspektini dəyişməli idik, biz azad və müstəqil, öz dövlətimizə malik olmağı və bir siyasi sistemdən digər sistemə keçməyi öyrənməli idik. Bunu isə etmək asan deyildi. Lakin bu, baş verdi. Bu gün dövlətçiliyimizin möhkəm əsasları vardır. Biz geniş şəkildə ölkəmizi müasirləşdirən siyasi və iqtisadi islahatlar apardıq. Demokratiyanı inkişaf etdirdik, əsas azadlıqları, o cümlədən indiki həyatımızın ayrılmaz hissəsi olan toplaşmaq azadlığı, media azadlığı, azad interneti təmin etdik.

İyirmi iki il öncə biz bunu sadəcə arzulaya bilərdik. Eyni zamanda, aydın anladıq ki, möhkəm iqtisadi əsaslar olmasa, müstəqilliyimiz tam ola bilməz. Buna görə də siyasi islahatlarla iqtisadi islahatlar paralel həyata keçirilir. Burada qeyd etməliyəm ki, uğurlarımızın əsas səbəblərindən biri xarici sərmayələrin cəlb edilməsi idi. İyirmi il öncə üzləşdiyimiz eyni çətinliklərlə üzləşən ölkələrə gəldikdə isə, bizim təcrübəmiz ölkəni necə dəyişmək, vətəndaşlara daha yaxşı həyat təmin etmək üçün yaxşı nümunə ola bilər.

Biz xarici sərmayələri cəlb etməyi bacardıq. Həmin sərmayələri inkişaf etdirmək istədiyimiz, həmçinin sərmayədarlar üçün cəlbedici olan iqtisadiyyat sahələrinə istiqamətləndirdik. Biz münbit sərmayə şəraitini yaratdıq və çox çalışdıq ki, hətta 15 il öncə mövcud olmuş məhdud resurslarla çox sayda iş yerləri yaradaq. Biz bu gün də düzgün istiqamətdə irəliləyirik. Aydın şəkildə anladıq ki, müstəqilliyimizin gücləndirilməsində, onun əbədi, dönməz olmasında irəliyə doğru yol ondan ibarətdir ki, biz iqtisadi baxımdan azad, müstəqil və güclü olmalıyıq. İndi isə mən söyləyə bilərəm ki, illər boyu aparılan və bu gün də davam edən islahatlardan sonra Azərbaycan çox aydın gələcəyə malik olan ölkə kimi qəbul edilə bilər. Biz son 10 il ərzində dünyada ən sürətlə inkişaf edən iqtisadiyyatlardan biri olmuşuq. Bizim üçün davamlı inkişaf gələcək üçün planlaşdırma deməkdir. Bizim “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyamız vardır. Bu sənəd gələcəyimizin əsas bələdçi sənədi kimi qəbul edilib.

Maliyyə vəziyyətimiz sabitdir. Xarici borcumuzun səviyyəsi çox azdır, ümumi daxili məhsulun cəmi 8 faizini təşkil edir. Bu, o deməkdir ki, biz beynəlxalq maliyyə təsisatları ilə daha fəal şəkildə işləmək planlarını qura bilərik. Eyni zamanda, iqtisadiyyat inkişaf etdirilmək üçün şaxələndirilməlidir. Çünki əlbəttə, təbii sərvət hesab edilən neft və qaz uğurlarımızın aparıcı meyarı olub. Hazırda şaxələndirilmə bizim əsas prioritetimizdir. Çünki neft və qaz sektoru hesabına çox iş yerləri açılmır. Buna görə, iqtisadiyyatın şaxələndirilməsi, sosial infrastruktura yatırımlar uzaq bölgələrdə belə lazımi həyat tərzini təmin edir, hər bir şəhərə genişzolaqlı internet çıxışını yaradır. Üç min orta məktəbin, beş yüz xəstəxananın tikilməsi və digər amillər cəmiyyətimizə tamamilə yeni mühit yaratmaq imkanını verdi. İlk addım olaraq, biz xaricə miqrasiyanı, yəni, Azərbaycandan digər ölkələrə axını dayandırdıq. Bu, sonra ölkədaxili miqrasiya, yəni, insanların kiçik kənd yerlərindən Bakıya axını ilə əvəzləndi. İndiki məqsəd isə bu miqrasiyanı da dayandırmaqdır. Bu məsələ də ilbəil öz həllini tapır.

İqtisadi inkişaf olduqca ciddi sosial proqramlarla dəstəklənir. Çünki bilirik ki, bəzi hallarda radikal iqtisadi islahatlar insanların gündəlik həyatında müəyyən çətinliklər yaradır. Buna görə də hökumətimiz üçün sosial məsələlər hər zaman prioritet xarakter daşıyıb. Yaşayış standartlarının yaxşılaşdırılması, iş yerlərinin açılması, işsizliyin azaldılması, bütün bunlar göstərir ki, bunu etmək olar. Birinci olaraq, bizə sadəcə sabitlik lazımdır. Çünki sabitlik olmadan bütün bunlar mümkünsüzdür. İkincisi, əhalimizin əksər hissəsi tərəfindən dəstəklənən olduqca aydın daxili siyasətimiz vardır və biz nəticələrə nail olmalıyıq, verdiyimiz vədləri yerinə yetirməliyik, üzərimizə götürdüyümüz vəzifələri icra etməliyik. Bu halda olduqca mühüm məqama, siyasətçilərin məsuliyyətinə toxunuruq. Bu şəxslər işlərin başında dayanır. Bir sıra hallarda daha çox dəstək və daha çox səslərin qazanılması üçün bəzi həmkarlarımız populist vədlərlə çıxış edirlər. Lakin onlar yerinə yetirilməyəndə insanlar məyus olurlar. Siyasətçilərin məsuliyyəti onların özləri üçün olduqca çox vacibdir. Çünki bu, onlara etimad səviyyəsini artırır və cəmiyyəti daha da gücləndirir. Buna görə, nəticələrin əldə edilməsi əsas məqsədimiz idi. Bu nəticələr iqtisadi və statistik göstəricilərdə əks olunur. Hazırda yoxsulluq səviyyəsi təxminən 5 faizdir. Halbuki 10 il öncə 49 faiz olub. Surətli iqtisadi inkişaf Azərbaycan ətrafında olduqca yaxşı beynəlxalq mühit yaradır, çünki ölkəmiz daha çox tanınmağa başlayır. İndi daha çox insan Azərbaycanı tanıyır.

Hazırda biz tarixdə heç vaxt olmadığı kimi beynəlxalq təsisatların dəstəyinə malikik. Bunun bir nümunəsi bizim BMT-nin Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməyimizdə 155 ölkənin lehimizə səs verməsi oldu. Bu, o deməkdir ki, beynəlxalq ictimaiyyətin tam əksəriyyəti bizi dəstəklədi. Hətta ikitərəfli münasibətlərimiz o qədər fəal olmayan ölkələr belə bizi dəstəklədi. Onlar bizə etimad göstərdilər. Çünki bilirdilər ki, biz öz vədlərimizi yerinə yetirəcəyik. BMT-nin Təhlükəsizik Şurasının üzvü kimi əsas gündəliyimiz hüququn aliliyini və ədaləti qorumaq idi. Fikrimcə, bunlar indiki dünyanın iki ən əsas elementidir. Əfsuslar olsun ki, onların hər ikisi kobud şəkildə pozulub. Bu pozulmaya reaksiya yoxdur, çünki erməni qoşunlarının ərazilərimizdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT-nin Təhlükəsizlik Şurasının 4 qətnaməsi vardır. Həmin qətnamələrdən heç biri həyata keçirilməyib. İşğal davam edir. Biz etnik təmizləməyə məruz qalmışıq. Ölkəmizin tarixi hissəsi olan Dağlıq Qarabağ və ətrafındakı 7 rayon 20 ildən çoxdur ki, işğal altındadır.

Beynəlxalq təşkilatlar, əlbəttə ki, qətnamələri qəbul ediblər. Bununla bağlı digər beynəlxalq təşkilatlar - ATƏT, Avropa Parlamenti, Avropa Şurası Parlament Assambleyası və əlbəttə ki, BMT-nin Baş Məclisi və Təhlükəsizlik Şurası qərarlar qəbul ediblər. Lakin onlardan heç biri yerinə yetirilməyibdir. Görünür, onların icra mexanizmləri yoxdur.

Zənnimcə, 1990-cı illərin əvvəllərində baş verənlər göstərdi ki, biz azad olmaq, müstəqillik üçün böyük qurbanlar verməli idik. Lakin cəmiyyətimizin bütün üzvləri tam əmin idi ki, bu vəziyyət uzun çəkə bilməz. Biz doğma torpaqlarımıza qayıdacağıq. Biz öz ərazi bütövlüyümüzü bərpa edəcəyik. Azərbaycan xalqı, 1 milyon qaçqın və məcburi köçkün hazırda işğalçılar tərəfindən zəbt olunmuş torpaqlarında, doğma yurdlarında yaşamaq hüququnu bərpa edəcəkdir. 1990-cı illərin əvvəllərində Dağlıq Qarabağda ermənilər qeyri-qanuni referendum keçirdilər. Bundan öncə, Dağlıq Qarabağın əhalisinin üçdəbirini təşkil edən etnik azərbaycanlılar oradan qovulmuşdur. Bu hadisədən sonra qeyri-qanuni referendum keçirildi.

Bu səbəbdən, dünyanın heç bir ölkəsi nə həmin “referendum”u, nə də qondarma “Dağlıq Qarabağ respublikası”nı tanımır. Bir sözlə, beynəlxalq hüquq, ədalət və tarix mövqeyimizi dəstəkləyir. Lakin aydın şəkildə anlayırıq ki, ədaləti və beynəlxalq hüququ bərpa etmək üçün bu, kifayət deyildir. Bunu etmək üçün biz daha güclü olmalıyıq. Əfsuslar olsun, görürük ki, güc yenidən beynəlxalq münasibətlərin gündəliyində əsas yer tutur. Onda regionumuzun ölkələri, bizim kimi ölkələr nə etməlidir? Əminəm ki, belə bir sual bu Forumda müzakirə olunacaqdır. Müxtəlif ssenarilər vardır. Lakin bir məsələ tam aydındır ki, siz öz taleyinizin sahibi olmalısınız. Siz daha güclü olmalısınız. Cəmiyyəti əsas prioritetlər ətrafında səfərbər etmək üçün ürəkdən çalışmalısınız. Bizim üçün əsas prioritet ərazi bütövlüyümüzün bərpa edilməsi, müstəqilliyimizin gücləndirilməsidir və daha yaxşı həyat standartlarının xalqımız üçün təmin edilməsidir. Bütün bu elementlər bir-biri ilə bağlıdır. Əgər insanlar hökumətin gördüyü işin nəticələrini görürlərsə, gündəlik əsaslarla onların həyat tərzi yaxşılaşırsa, öz ölkəsi ilə fəxr edirlərsə, onda cəmiyyət güclü olur, parçalanmır. Cəmiyyət əsas məqsədlər ətrafında səfərbər olunur, öncə qeyd etdiyim kimi, müstəqillik və suverenlik məqsədi ətrafında toplaşır. Əlbəttə ki, Azərbaycanın inkişafı, çatışmazlıqlar və problemlər barədə cəmiyyətimizdə müxtəlif fikirlər vardır. Biz cəmiyyətimiz daxilində bu müzakirələri hər zaman yüksək dəyərləndiririk. Lakin həyatımızın strateji aspektinə gəldikdə, biz birik, yekdilik. Bu birlik bizi beynəlxalq səhnədə gücləndirir, bizə bu gün dünyanın üzləşdiyi problemlər haqqında açıq danışmaq, öz mövqeyimizi, beynəlxalq hüququ müdafiə etmək imkanını verir. Belədir ki, var.

Bu gün Azərbaycan açıq şəkildə bəyan edilən mövqeyə malik olan ölkədir. Bu, bir daha ədalətə və beynəlxalq hüquqa əsaslanır. Lakin, eyni zamanda, biz on, iyirmi, otuz il əvvələ baxmalıyıq və siyasətimizi elə planlaşdırmalıyıq ki, dayanıqlı inkişaf davam etsin. Davamlı inkişaf isə bu gün hər bir ölkə üçün ən vacib prioritetlərdən biridir. Hətta ən inkişaf etmiş ölkələrə gəldikdə, onların öz problemləri vardır. Onların iqtisadi problemləri, miqrasiya məsələləri vardır. Onlara əlavə işçi qüvvəsi lazımdır. Lakin, eyni zamanda, bu, cəmiyyətlərdə müəyyən gərginlik yaradır. Bizim fərqli problemlərimiz vardır.

Fikrimcə, bu, problem deyil, əslində üstünlükdür. Bizim artan, gənc, dinamik əhalimiz vardır. Bu, o deməkdir ki, iqtisadiyyatımız hər zaman əhalinin artım tempindən daha surətlə inkişaf etməlidir. Çünki belə olmasa, biz günlərin bir günündə çətinliklər və işsizliklə üzləşə bilərik. Buna görə, surətli iqtisadi inkişaf, yeni iş yerlərinin açılması, sərmayələrin cəlb edilməsi və enerji əməliyyatlarından əldə edilən gəlirlərin iqtisadiyyatımızın ən vacib sahələrinə istiqamətləndirilməsi prioritetdir. Biz bu yolla davamlı inkişafa nail ola bilərik.

Cəmiyyətimizdə sosial və siyasi razılığın ən vacib elementlərindən biri multikulturalizmdir. Biz bir neçə beynəlxalq tədbir keçirmişik. Sivilizasiyalararası dialoq mövzusunda söhbətlər aparmışıq, beynəlxalq humanitar forumlar təşkil etmişik ki, bu mühüm mövzuları nəzərdən keçirək. Fikrimcə, bu kimi məsələlər bu günə qədər belə açıq şəkildə müxtəlif beynəlxalq təsisatlarda müzakirə olunmur. Çünki bu vəziyyətlə bağlı müxtəlif yanaşmalar vardır. Bəzi insanlar hesab edir ki, bu ideya baş tutmayıb. Lakin hesab edirəm ki, yaxşı misallar vardır və onlar yaxşı şəkildə nəzərdən keçirilməlidir ki, burada hər hansı bir bədbinlik olmasın. Multikulturalizm uçurum kimi qəbul edilərsə, bu dünyada yaşamağın başqa üsulu yoxdur.

Çünki belə olmasa, xalqlar özlərini təcrid olunmuş vəziyyətdə hiss edəcəklər. Bu, nə iqtisadi, nə də sosial baxımdan mümkün deyildir. Buna görə, fikrimcə, Azərbaycanın, o cümlədən digər ölkələrin tarixi ənənələrinə əsaslanan müsbət misallar var ki, onlar təfərrüatlı şəkildə nəzərdən keçirilməlidir. Biz bu dəyərləri təşviq etməliyik. Bu da bizim vacib elementlərimizdən biridir ki, mən onları qeyd edirəm. Müsbət təcrübənin təşviqi bəzən bizim üçün çatışmır. Lakin, fikrimcə, dəyərlərin qorunması, qlobal siyasətdə müsbət meyllərin gücləndirilməsi üçün biz müsbət təcrübəyə diqqətimizi yönəltməliyik və bunu yaymalıyıq. Çünki bunun başqa bir yolu yoxdur ki, ölkələr gələcəkdə başqa yolla əməkdaşlıq etsinlər.

Əminəm ki, Forum çərçivəsində bir çox maraqlı müzakirələr aparılacaq və gələcək inkişafla bağlı hökumətlər üçün tövsiyələr veriləcəkdir. Bu cür sessiyaların üstünlüyü ondan ibarətdir ki, məşhur siyasətçilər, keçmiş dövlət və hökumət başçıları öz fərdi təcrübələrini, biliklərini, ekspert bacarıqlarını çox açıq şəkildə bölüşə bilərlər. Çünki hazırkı və keçmiş prezidentlər və baş nazirlər arasındakı fərq ondan ibarətdir ki, hazırkı dövlət başçıları ictimaiyyət qarşısında söylədiyi şərhlərdə müəyyən çərçivə daxilindədirlər, məhdud imkanları vardır. Bəzi hallarda sən söylədiyindən də artıq danışmaq istəyirsən. Lakin keçmiş siyasətçilər hər hansı məsələ ilə bağlı fikir söyləməkdə azaddırlar. Onların bu söhbəti məhz bu tərəqqinin əldə edilməsi üçün vacibdir. Ona görə, əminəm ki, Forumumuzun əsas məqsədi tövsiyələr və təhlillər vermək, baş verənləri müzakirə etməkdir. Bu məqsəd bizə öz işlərimizi dinc şəraitdə davam etdirmək, şərəfli həyat tərzi sürmək və geniş şəkildə beynəlxalq əməkdaşlıq aparmaq imkanı yaradacaqdır.

Hörmətli dostlar, Azərbaycana bir daha xoş gəlmisiniz! Forumun işinə uğurlar arzulayıram. Sağ olun.
 

SƏNƏDLƏR Fərmanlar 19 aprel 2024
16:58
Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 15 iyul tarixli 305 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Miqrasiya orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqə və müsahibənin keçirilməsi qaydaları haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 15 iyul tarixli 305 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,...

19 aprel 2024, 16:58
SƏNƏDLƏR Fərmanlar 19 aprel 2024
16:56
“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 900-VIKQD nömrəli Konstitusiya Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik...

19 aprel 2024, 16:56
SƏNƏDLƏR Fərmanlar 19 aprel 2024
16:54
Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 dekabr tarixli 907 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:                                           

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 dekabr tarixli 907 nömrəli...

19 aprel 2024, 16:54
SƏNƏDLƏR Fərmanlar 19 aprel 2024
16:52
“Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli 1114-VIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və həmin Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli 387 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 29...

19 aprel 2024, 16:52
SƏNƏDLƏR Sərəncamlar 17 aprel 2024
16:55
Şuşa şəhərinin 2024-cü il üçün “İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” seçilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

2023-cü il noyabrın 10-da Türkiyə Respublikasının İstanbul şəhərində keçirilmiş İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumu İcraiyyə Şurasının 11-ci iclasında Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri yekdilliklə İslam...

17 aprel 2024, 16:55
SƏNƏDLƏR Fərmanlar 16 aprel 2024
13:55
“Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Türkiyə Respublikasının Ali Təhsil Şurası arasında Türkiyə–Azərbaycan Universitetinin (TAU) yaradılmasına dair Anlaşma Memorandumu”nun təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. 2024-cü il fevralın 19-da Ankara şəhərində imzalanmış “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Türkiyə...

16 aprel 2024, 13:55
SƏNƏDLƏR Qanunlar 16 aprel 2024
13:53
“Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 7-ci bəndini rəhbər tutaraq qərara alır:

“Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi...

16 aprel 2024, 13:53
SƏNƏDLƏR Fərmanlar 16 aprel 2024
13:51
“Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 5 aprel tarixli 1129-VIQD nömrəli Qanununun tətbiqi və “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 27 iyul tarixli 162 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının...

16 aprel 2024, 13:51