Gerb

25 noyabr 2010, 19:05

“Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2011-ci il büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun icrasını təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti: 

1.1. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2011-ci il büdcəsinə uyğun olaraq iş axtaranların və işsiz vətəndaşların sosial müdafiəsi ilə bağlı tədbirlərin maliyyələşdirilməsinin Dövlət Proqramında işsizlik müavinətinin ödənilməsi üçün vəsaitin məbləğlərini Naxçıvan Muxtar Respublikası üzrə xərclər ayrıca göstərilməklə nəzərdə tutsun; 

1.2. gəlir və xərc smetaları Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan iri dövlət müəssisələrinin 2011-ci il üçün smetalarında əvvəlki illərdə yaranmış məcburi dövlət sosial sığorta haqları üzrə borcların ödənilməsini nəzərdə tutsun; 

1.3. öz səlahiyyətləri daxilində “Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2011-ci il büdcəsi haqqında” Azərbaycan Respublikası Qanunundan irəli gələn məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna tapşırılsın ki, Fondun 2011-ci il büdcəsinin gəlirlərinin və xərclərinin yerinə yetirilməsi üçün zəruri tədbirlər görsün və bu barədə ildə iki dəfə Azərbaycan Respublikasının Prezidentinə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

3. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə tapşırılsın ki, 2011-ci ildə Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna nəzərdə tutulmuş ayırmaların (transfertin) rüblük və aylıq bölgüsünü Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu ilə razılaşdırmaqla təsdiq etsin.

4. Dövlət büdcəsindən maliyyələşən təşkilatların rəhbərlərinə tapşırılsın ki, məcburi dövlət sosial sığorta haqları üzrə əvvəlki illərdə yaranmış borcları 2011-ci il üçün xüsusi vəsaitlərin smetalarının tərtibində və təsdiqində nəzərə alsınlar.

5. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə, şəhər və rayon icra hakimiyyətlərinə tapşırılsın ki, ərazilərindəki dövlət təşkilatlarının, o cümlədən büdcədən maliyyələşən təşkilatların məcburi dövlət sosial sığorta haqlarını vaxtında və tam ödəməsini təmin etmək üçün Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun yerli orqanları ilə birlikdə lazımi tədbirləri həyata keçirsinlər.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti 

2015-ci ilin iyununda
keçiriləcək İlk Avropa Oyunlarına
xoş gəlmisiniz
603 İLK AVROPA OYUNLARINA
QALAN GÜNLƏR