01 may 2014, 11:10

Pərvanə Alxasovadan, Şəki, Azərbaycan

Hörmətli cənab Prezident!

Gündən-günə çiçəklənən, inkişaf edən Azərbaycanımızda aparılan abadlıq-quruculuq işlərini gördükcə hamı kimi mən də böyük qürur hissi keçirirəm. Sizin səyləriniz sayəsində xalqımızın rifahı durmadan yüksəlir. Həyata keçirilən düzgün siyasətin bəhrəsi artıq bütün regionlarımızda özünü aydın göstərməkdədir.

Hörmətli cənab prezident! Sizin göstərişlərinizə uyğun olaraq indi bütün dövlət qurumlarında vətəndaşlara qayğı ilə yanaşılır, onların problemləri həll edilir. Mən də bu yaxınlarda Şəki şəhərində mənə məxsus torpaq sahəsinin sənədləşdirilməsi ilə bağlı müraciət edərkən bir daha bunun şahidi oldum. Məni çox hörmətlə qarşılayıb, diqqətlə dinlədilər. Torpaq sahəsinin sənədləşdirilməsi qısa müddətdə həyata keçirildi. Vətəndaşlara göstərilən bu yüksək xidmət məni həqiqətən çox sevindirir.

Hörmətli cənab Prezident! Bizə göstərdiyiniz qayğıya görə Sizə öz minnətdarlığımı bildirir, Azərbaycanımızın inkişafı naminə misilsiz fəaliyyətinizdə uğurlar arzulayıram.

Hörmətlə,

Alxasova Pərvanə.
Azərbaycan Respublikası, Şəki rayonunun Bideyz kəndi.