Gerb

25 noyabr 2010, 19:33

Maddə 1. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2011-ci il büdcəsinin gəlirləri 1 970 540 000,0 manat, xərcləri 1 970 540 000,0 manat məbləğində təsdiq edilir.

Maddə 2. Müəyyən edilsin ki, 2011-ci ildə Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun gəlirləri aşağıdakı daxilolmalar hesabına formalaşır:

Gəlirlərin mənbələri                                        Məbləğ (manatla)

1. Məcburi dövlət sosial sığorta haqları, cəmi 1 277 040 000,0

o cümlədən: 

1.1. büdcədən maliyyələşən təşkilatlar üzrə 496 300 000,0

1.2. büdcədən maliyyələşən təşkilatlarda işləyənlər üzrə 67 700 000,0

1.3. büdcə təşkilatlarının büdcədənkənar vəsaitləri üzrə daxilolmalar 7 500 000,0

1.4. digər sığortaedənlər 705540000,0

o cümlədən:
sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər üzrə 32 400 000,0

2. Sair gəlirlər, cəmi 2 500 000,0
o cümlədən: 
sanatoriya-kurort yollayışlarının qismən dəyəri üzrə daxilolmalar 1 500 000,0

3. Dövlət büdcəsindən ayırmalar (transfert) 691 000 000,0

Maddə 3. Müəyyən edilsin ki, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2011-ci il büdcəsinin xərcləri aşağıdakı istiqamətlərdə həyata keçirilir:

Xərclərin istiqamətləri            Məbləğ (manatla)

1. Əhaliyə ödənişlər, cəmi 1 916 980 000,0

o cümlədən: 
1.1. əmək pensiyalarının ödənilməsinə, cəmi 1 852 430 000,0
o cümlədən: 

əmək pensiyalarının baza hissəsinə 1 317 130 000,0
əmək pensiyalarının sığorta hissəsinə 535 300 000,0

1.2. məcburi dövlət sosial sığorta haqları hesabına
müavinətlərə, cəmi 64 550 000,0
ondan:

əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə 21 200 000,0
hamiləliyə və doğuşa görə 21 350 000,0
uşağın anadan olmasına görə 2 250 000,0
3 yaşına çatanadək uşaqlara qulluqla əlaqədar 5 000 000,0
dəfn üçün 10 400 000,0
işsizliyə görə 4 350 000, 0

2. Pensiya və müavinətlərin əhaliyə çatdırılması,
bank əməliyyatlarının aparılması üzrə xidmət
haqqı xərcləri 16 500 000,0

3. Sığortaolunanların sanatoriya-kurort müalicəsi və
sağlamlaşdırma tədbirlərinin həyata keçirilməsi
üzrə Azərbaycan Həmkarlar İttifaqları
Konfederasiyası vasitəsilə maliyyələşdirilən
xərclər, cəmi 13 790 000,0
o cümlədən:

3.1. sanatoriya-kurort müalicəsi və istirahət üçün
yollayışların alınmasına 10 980 000,0
3.2. sığortaolunanların uşaqlarının sağlamlıq
düşərgələrində istirahətinin təşkilinə 130 000,0
3.3. sanatoriya-profilaktoriyalara yemək xərcləri, tibb
xidməti və ştatların saxlanılmasına 110 000,0
3.4. Azərbaycan Həmkarlar İttifaqları
Konfederasiyasının idman cəmiyyətlərinə məxsus
idman qurğularının qismən saxlanılmasına
(işçilərin əməkhaqqının ödənilməsi) 1 680 000,0
3.5. Həmkarlar İttifaqlarının texniki və əməyin hüquqi
müfəttişliyinin, etimadlı həkimlərin,
sağlamlaşdırma işi ilə məşğul olan təlimatçıların
saxlanılmasına 890 000,0

4. Dövlət Sosial Müdafiə Fondunun mərkəzi
aparatının və onun yerli orqanlarının saxlanılması
xərcləri 21 000 000,0

5. Beynəlxalq təşkilatlara üzvlük haqlarının
ödənilməsi xərcləri, cəmi 40 000,0
o cümlədən:

5.1. Beynəlxalq Sosial Təminat Assosiasiyasına üzvlük
haqqının ödənilməsi xərcləri 14 000,0
5.2. MDB dövlətlərinin Sosial Təminat Assosiasiyasına
üzvlük haqqının ödənilməsi xərcləri 26 000,0

6. Sığortaolunanların fərdi uçot sisteminin tətbiqi ilə
bağlı xərclər 400 000,0

7. “2009-2015-ci illərdə Azərbaycan
Respublikasında sığorta-pensiya sisteminin
inkişafına dair Dövlət Proqramı” üzrə nəzərdə
tutulmuş tədbirlərin həyata keçirilməsi ilə bağlı
xərclər 1 430 000,0

8. Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2008-ci il 22 dekabr tarixli 449s nömrəli
Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan
Respublikası ilə Beynəlxalq İnkişaf Assosiasiyası
arasında Maliyyələşdirmə Sazişi (“Sosial
Müdafiənin İnkişafı Layihəsi”)” üzrə xərclərin
maliyyələşdirilməsi 400 000,0

Maddə 4. Sığortaedənlərin keçmiş Dövlət Məşğulluq və Əlillərin Sosial Müdafiə fondlarına ayırmalar üzrə qalan borcları Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun orqanlarına köçürülür.

Maddə 5. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun mərkəzi aparatının və yerli orqanlarının hesablarında ilin sonuna qalan vəsait növbəti ilin xərclərinin maliyyələşdirilməsinə yönəldilir.

Maddə 6. Büdcə ili ərzində dövlət büdcəsindən maliyyələşən təşkilatlara nəzərdə tutulmuş məcburi dövlət sosial sığorta haqları üzrə vəsaitlər Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun orqanlarına tam məbləğdə daxil olmadıqda, nəzərdə tutulmuş və faktiki hesablanmış məcburi dövlət sosial sığorta haqları arasındakı fərq qədər dövlət büdcəsindən ayırmaların (transfertin) məbləği artırılır, artıq daxil olduqda isə nəzərdə tutulmuş və faktiki hesablanmış məcburi dövlət sosial sığorta haqları arasındakı fərq qədər dövlət büdcəsindən ayırmaların (transfertin) məbləği azaldılır.

Maddə 7. Bu Qanun 2011-ci il yanvarın 1-dən qüvvəyə minir.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 22 oktyabr 2010-cu il.