01 may 2014, 16:50

Yarməmməd Abdurəhimovdan, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident!

1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə faşizm üzərində qələbənin 69-cu ildönümü 9 may qələbə günü münasibətilə birdəfəlik müavinətlərin verilməsi barədə imzaladığınız Sərəncama görə Sizə dərin minnətdarlığımı bildirirəm. Azərbaycanın bir çox mərd qadını kimi mənim anam da 1941-45-ci illərdə arxa cəbhədə çalışmışdır. 11 uşaq anasıdır. Biz övladlar həmişə onun qayğısını çəkirik. 

Möhtərəm Prezident! Siz bütün anaların, ataların qayğısını çəkirsiniz. Buna görə Sizə “çox sağ olun” deyirik. Sizə bütün işlərinizdə uğurlar arzulayır və xoş günlər diləyirik.

Hörmətlə, 

Abdurəhimov Yarməmməd Xalid oğlu.

Azərbaycan Respublikası, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi.