01 may 2014, 18:00

Akif Məlikov və başqalarından, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident!

İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatının verilməsi haqqında Sərəncamınızı sonsuz sevinc hissi ilə qarşıladıq. Respublikamızın aparıcı sənət ocaqlarından biri olan Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı əməkdaşlarının fəaliyyətini yüksək qiymətləndirdiyinizə görə Sizə ürəkdən təşəkkürümüzü bildiririk. Ölkəmizin və xalqımızın möhtəşəm bayramlarını – ümummilli lider Heydər Əliyevin doğum günü, Gül bayramı və Azərbaycan Demokratik Respublikasının 96-cı ildönümünü qeyd etməyə hazırlaşdığımız bu günlərdə fəaliyyətimizə verilən yüksək qiymətə görə böyük qürur hissi keçiririk.

Möhtərəm cənab Prezident! Yaradıcı kollektivimiz adından Sizi əmin edirik ki, göstərdiyiniz etimadı doğrultmaq üçün bundan sonra da bütün qüvvə və bacarığımızı milli mədəniyyətimizin inkişafına və çiçəklənməsinə sərf edəcəyik. Sizə və ailə üzvlərinizə cansağlığı, uzun ömür, xoşbəxtlik, səadət və doğma Azərbaycanımızın rifahı və çiçəklənməsi naminə səmərəli fəaliyyətimizdə uğurlar diləyirik.

Böyük hörmətlə,

Akif Məlikov, Azərbaycan Dövlət Akademik
Opera və Balet Teatrının direktoru.

Xalq Artistləri:
Cəfərov Cavanşir
Adıgözəlov Yalçın
Kərimova Qərinə
Zeynalov Azər
İbrahimov Mənsum
Teymurova Nəzakət
Bayramova Aygün
Əsgərov Əli
Abdullayev Əvəz
Cəfərov Samir
Hüseynova Kamilla
Mirzəyev Gülağası


Əməkdar Artistlər:
Poladov Əkrəm
Babayeva İnarə
İbayev Səbuhi
Lobaçov Yuri

Əməkdar İncəsənət Xadimləri:
Quliyev Hafiz
Hacıyeva Sevil

Dirijor:
Quliyev Əyyub

Aparıcı vokal artisti:
Abbasova-Budaqova Afaq.

Azərbaycan Respublikası, Bakı şəhəri.