02 may 2014, 13:00

Bəxtiyar Xanızadə və başqalarından, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident!

Siz Azərbaycanda teatrın inkişafını həmişə diqqət mərkəzində saxlayır, bu sahədə çalışan sənət adamlarına böyük qayğı göstərirsiniz. Bütün bunlar bizi daha səylə çalışmağa, mədəniyyətimizə yeni-yeni töhfələr verməyə ruhlandırır. Sizin Sərəncamınızla Azərbaycan Respublikası Prezidentinin mükafatlarına layiq görülən incəsənət xadimləri arasında çalışdığımız teatrın əməkdaşlarının da olmasını kollektivimiz hədsiz sevinclə qarşıladı. Fəaliyyətimizə verdiyiniz yüksək qiymətə görə Sizə təşəkkürümüzü bildirir, möhkəm cansağlığı, uzun ömür və uğurlar arzulayırıq.

Hörmətlə,

Bəxtiyar Xanızadə
Azərbaycan Dövlət Pantomima Teatrının baş rejissoru, Xalq Artisti, Nargilə Qəribova
aktrisa, Əməkdar Artist
Elnur İsmayılov
Aktyor.

Azərbaycan Respublikası, Bakı şəhəri