İlham Əliyev Tbilisidə Heydər Əliyev adına mədəniyyət və istirahət parkında xalqımızın Ümummilli Liderinin abidəsini ziyarət etmişdir

06 may 2014, 11:15
İlham Əliyev Tbilisidə Heydər Əliyev adına mədəniyyət və istirahət parkında xalqımızın Ümummilli Liderinin abidəsini ziyarət etmişdir

Prezident İlham Əliyev Tbilisidə Heydər Əliyev adına mədəniyyət və istirahət parkında xalqımızın Ümummilli Liderinin abidəsini ziyarət etmişdir.

Dövlət başçısı abidənin önünə gül dəstəsi qoydu.

Azərbaycan Prezidentinə parkda görülmüş işlər barədə məlumat verildi.

Ulu öndər Heydər Əliyevin adını daşıyan park 2004-cü il iyunun 14-də Azərbaycan Prezidenti İlham Əliyevin və Gürcüstanın sabiq Prezidenti Mixeil Saakaşvilinin iştirakı ilə açılmışdır. Parkın mərkəzində ulu öndər Heydər Əliyevin abidəsi ucaldılmışdır. Burada ilk ağac dövlətimizin başçısı İlham Əliyev tərəfindən əkilmişdir.

2007-ci ildə aparılmış təmir və yenidənqurma tədbirlərindən sonra parkın ərazisində geniş abadlıq işləri görülmüş, çoxlu sayda ağac və dekorativ bitkilər əkilmiş, oturacaqlar qoyulmuşdur. Həmin il mayın 12-də Prezident İlham Əliyev və Gürcüstanın keçmiş Prezidenti Mixeil Saakaşvili, o cümlədən iki ölkənin hökumət üzvlərinin və deputatlarının, Tbilisidə akkreditə olunmuş diplomatik korpusun təmsilçilərinin iştirakı ilə Heydər Əliyev adına mədəniyyət və istirahət parkının rəsmi açılışı keçirilmişdir.

Diqqətə çatdırıldı ki, parkın ümumi sahəsi bir hektardır. Layihənin memarı F.Axundov, abidənin heykəltəraşı isə Xalq Rəssamı Natiq Əliyevdir.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55