06 may 2014, 15:00

Qabil Quliyevdən, Lənkəran, Azərbaycan

Hörmətli cənab Prezident!

Sizin rəhbərliyinizlə ölkəmiz gündən-günə inkişaf edir, çiçəklənir, beynəlxalq aləmdə böyük nüfuz sahibinə çevrilir. Artıq dünyanın bir çox aparıcı dövlətləri Azərbaycanla hesablaşmalı olurlar. Siz cəmiyyətimizin bütün sahələri ilə yanaşı mədəniyyətimizin, incəsənətimizin, o cümlədən teatr sənətimizin inkişafına xüsusi diqqət ayırır, bu sahədə çalışanlara böyük qayğı göstərirsiniz. Bu diqqət və qayğı bizim üzərimizə böyük məsuliyyət qoymaqla yanaşı, bizi milli ideologiyamızın formalaşması və təbliğ olunması üçün bütün qüvvəmizi səfərbər etməyə daha da ruhlandırır.

Hörmətli cənab Prezident! Teatr sənətindəki kiçik xidmətlərimi yüksək qiymətləndirərək məni Prezident mükafatına layiq gördüyünüzə görə Sizə təşəkkür edir, möhkəm cansağlığı və uzun ömür arzulayıram.

Hörmətlə,

Quliyev Qabil, Xalq artisti, Lənkəran Dövlət Dram Teatrının əməkdaşı.

Azərbaycan Respublikası, Lənkəran şəhəri.