Gerb

25 noyabr 2010, 19:40

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

“Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2010-cu il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 12, maddə 960) aşağıdakı dəyişikliklər və əlavələr edilsin:

1. 1-ci maddə aşağıdakı redaksiyada verilsin:

“Maddə 1. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2010-cu il büdcəsinin gəlirləri 1 768 548 118,0 manat, xərcləri 1 786 000 000,0 manat məbləğində təsdiq edilir.”.

2. 2-ci maddədəki cədvəlin 1-ci bəndində “1 221 011 400,0” rəqəmi “1 232 343 318,0” rəqəmi ilə, 1.1-ci bəndində "438 250 000,0” rəqəmi “464 833 800,0” rəqəmi ilə, 1.2-ci bəndində "59 761 400,0” rəqəmi “61 961 400,0” rəqəmi ilə, 1.4-cü bəndində “696 000 000,0” rəqəmi “ 678 548 118,0” rəqəmi ilə əvəz edilsin.

3. 3-cü maddədəki cədvəlin 1-ci bəndində “1 688 270 000,0” rəqəmi “1 716 933 800,0” rəqəmi ilə, 1.1.-ci bəndində “1 633 900 000,0” rəqəmi “1 662 563 800,0” rəqəmi ilə və “1 138 900 000,0” rəqəmi “1 167 563 800,0” rəqəmi ilə əvəz edilsin, həmin maddəyə aşağıdakı məzmunda 13-cü bənd əlavə edilsin:

13. Pensiya islahatları üzrə qrant layihələrində Azərbaycan Respublikası tərəfinin payının maliyyələşdirilməsi ilə bağlı vergi öhdəliklərinin yerinə yetirilməsi xərcləri 120 000,0

4. 5-ci maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

“Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2010-cu ilin büdcəsinin gəlirləri və xərcləri arasındakı 17451882,0 manat məbləğində fərq Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun mərkəzi aparatının və yerli orqanlarının hesablarında 2010-cu il 01 yanvar tarixinə qalan vəsait hesabına maliyyələşdirilir.”.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 22 oktyabr 2010-cu il.