06 may 2014, 18:00

Larisa Boqdyukdan, Həştərxan, Rusiya

Hörmətli İlham Heydər oğlu,

Azərbaycan xalqının ümummilli lideri Heydər Əlirza oğlu Əliyevin anadan olmasının 91 illiyi və onun adını daşıyan Fondun 10 illik yubileyi münasibətilə Sizi ürəkdən təbrik edirəm. Geriyə dönüb Azərbaycanın inkişaf tarixinə nəzər salanda görürsən ki, dövlətinizin təşəkkülündə və inkişafında bu böyük insanın xidmətlərini layiqincə qiymətləndirmək üçün söz tapmaq çətindir. Eyni zamanda, Heydər Əliyev Fondunun təkcə Sizin ölkənizdə deyil, həm də onun hüdudlarından kənarda fəaliyyəti olduqca təqdirəlayiqdir. Həştərxan vilayəti buna misal ola bilər. Burada çox şey Heydər Əliyevin adı ilə bağlıdır. Bunlar, ilk növbədə, Həştərxanın lap mərkəzində yeni arxitektura tikililəri, uşaqlar və böyüklər üçün yaradılmış müasir istirahət zonaları və xüsusən də Heydər Əliyevin adını daşıyan, yenidən qurulmuş 11 nömrəli məktəbdir. 

Hörmətlə,
Larisa Boqdyuk, təhsil işçisi
Rusiya Federasiyası, Həştərxan şəhəri