07 may 2014, 10:00

Teymur Göyçayev və başqalarından, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident!

Ölkəmizin bütün musiqiçiləri Sizi özlərinin böyük himayədarı hesab edirlər. Siz musiqi sənətimizin inkişafı və təbliği üçün misilsiz işlər görməklə yanaşı, musiqiçilərimizin həyat şəraitinin yüksəldilməsinə, onların yaradıcı fəaliyyəti üçün lazımi imkanların yaradılmasına daim qayğı göstərirsiniz. Bütün sənət adamları kimi bizim kollektivimiz də Sizin bu qayğınızı yüksək dəyərləndirir və bununla fəxr edir.

Hörmətli cənab Prezident! Əməyimizi yüksək qiymətləndirərək bizi Prezident mükafatına layiq gördüyünüzə, Azərbaycan mədəniyyətinə və incəsənətinə xüsusi diqqət göstərdiyinizə görə Sizə öz təşəkkürümüzü bildiririk.

Dərin hörmətlə,

Göyçayev Teymur, Xalq artisti, Q.Qarayev adına Azərbaycan Dövlət Kamera orkestrinin bədii rəhbəri,
Bağırov Viktor və Mehdiyeva Dilarə, Orkestrin üzvləri.

Azərbaycan Respublikası, Bakı şəhəri.