07 may 2014, 13:45

Ahmet Ayıkdan, Ankara, Türkiyə

Hörmətli Prezidentim,

Aprelin 24-də Praqada keçirilən və Türkiyənin təmsil olunmadığı yüksək səviyyəli Sammitdə Ermənistan prezidenti Serj Sarkisyanın Türkiyə əleyhinə söylədiyi əsassız ittihamlara verdiyiniz tutarlı cavab bir türk olaraq məni son dərəcə təsirləndirmişdir.

Hörmətli Prezidentim, Azərbaycan torpaqlarını işğal etməyi özünün haqqı bilən, tarixi prosesin ortaya çıxması üçün arxivlərin açılmasını istəməyən bu düşüncə qarşısında göstərdiyiniz sərt etirazınız və mövqeyinizlə Türkiyə Respublikasının tək olmadığını sübut etdiniz. Bir millət, iki dövlət həqiqətini anlamağa qadir olmayan şüurlara sillə kimi lazımı dərs verdiniz.

Hörmətli Prezident, Allah birliyimizi, bərabərliyimizi, qardaşlığımızı daimi etsin. Bu hisslərimlə Sizi bir daha ürəkdən təbrik edir, Sizə möhkəm cansağlığı və xoşbəxtlik arzusu ilə ehtiramımı bildirirəm.

Ayık Ahmet
Olimpiya, dünya və Avropa çempionu,
Beynəlxalq Güləş Federasiyasının (FILA)
vitse-prezidenti

Türkiyə Respublikası, Ankara şəhəri