Gerb

12 may 2014, 10:30
W1siziisijiwmtuvmdyvmtuvm3niamz0cxj4af8zmti5nc5qcgcixsxbinailcj0ahvtyiisijy1nhgzmjcjil1d?sha=60ef98eb4a61bb8b

Rəsmi qarşılanma mərasimindən sonra Prezident İlham Əliyevin və Fransa Respublikasının Prezidenti Fransua Ollandın təkbətək görüşü olmuşdur.

Görüşdə ölkələrimiz arasında ikitərəfli əlaqələrin siyasi, iqtisadi, energetika, nəqliyyat və digər sahələrdə uğurla inkişaf etdiyi bildirildi. Fransa Prezidenti Fransua Ollandın ölkəmizə rəsmi səfərinin ikitərəfli münasibətlərin genişləndirilməsi baxımından önəmi vurğulandı. Əlaqələrimizin bundan sonra da inkişaf edəcəyinə əminlik ifadə olundu.

Görüşdə ikitərəfli, beynəlxalq və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparıldı.


Böyük ölçüdə