Gerb

19 may 2014, 16:20
W1siziisijiwmtuvmdyvmtuveguwbgv5aw4zxzmxndc0lmpwzyjdlfsiccisinrodw1iiiwinju0edmynymixv0?sha=9d348bb4d0c1dc54

Görüşdə Milli Assambleyanın sədri Nquyen Sinh Hanq Azərbaycan Prezidenti İlham Əliyevin Vyetnama dövlət səfərinin ikitərəfli münasibətlərin inkişafı baxımından əhəmiyyətini vurğuladı. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqının böyük uğurlara nail olduğunu deyən Nquyen Sinh Hanq bu münasibətlə təbriklərini çatdırdı.

Dövlətimizin başçısı Vyetnam Sosialist Respublikasının qurucusu Ho Şi Minin vaxtilə Azərbaycana, ulu öndər Heydər Əliyevin Sovet İttifaqının rəhbərlərindən biri olduğu dövrdə Vyetnama etdiyi tarixi səfərləri xatırlatdı. Münasibətlərimizin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini vurğulayan Prezident İlham Əliyev vaxtilə Azərbaycanda təhsil almış Vyetnam vətəndaşlarının ölkələrimiz arasında münasibətlərin inkişafında xüsusi rol oynadığını qeyd etdi.

Azərbaycan parlamentində Vyetnam ilə dostluq qrupunun fəaliyyət göstərdiyini, Vyetnamda Azərbaycan səfirliyinin açıldığını deyən Prezident İlham Əliyev bütün bunların ikitərəfli əməkdaşlığın genişlənməsinə imkan yaratdığını bildirdi.

Görüşdə ölkələrimiz arasında möhkəm dostluq əlaqələrinin münasibətlərimizin bundan sonra da inkişafına töhfə verəcəyinə əminlik ifadə olundu.


Böyük ölçüdə