Gerb

30 may 2014, 13:40

Zati-aliləri,

Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Zati-alinizə Nepal xalqı, hökuməti adından və şəxsən öz adımdan səmimi təbriklərimi çatdırıram.

Bu xoş fürsətdən istifadə edərək Sizə cansağlığı, xoşbəxtlik və uğurlar, Azərbaycan xalqına tərəqqi və rifah arzulayıram.

Hörmətlə,

Ram Baran Yadav
Nepalın Prezidenti