Gerb

01 dekabr 2010, 14:35
3067

Astanada Azərbaycan Prezidenti İlham Əliyevin və Avropa İttifaqının prezidenti Herman Van Rompeyin görüşü olmuşdur.

Görüşdə Azərbaycan ilə Avropa İttifaqı arasında uğurlu əməkdaşlığın həyata keçirildiyi bildirildi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması, enerji sahəsində əməkdaşlığa dair məsələlər müzakirə olundu.

Görüşdə Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın bundan sonra da genişlənəcəyinə əminlik ifadə edildi.