Gerb

04 iyun 2014, 23:10
W1siziisijiwmtuvmdyvmtuvmtbzcdkxctc3nf8zmtk2ni5qcgcixsxbinailcj0ahvtyiisijy1nhgzmjcjil1d?sha=a1647ba3d7429fbe

Bodrumda Türkiyə Prezidenti Abdullah Gülün adından dövlət başçılarının şərəfinə şam yeməyi verilmişdir.

Türkiyə Prezidenti Abdullah Gül Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının IV Zirvə toplantısında iştirak etmək üçün Bodrumda olan Azərbaycan Prezidenti İlham Əliyevi və digər dövlət başçılarını qarşıladı.

Prezidentlər birgə foto çəkdirdilər.

Sonra Türkiyə Prezidenti Abdullah Gülün adından dövlət başçılarının şərəfinə şam yeməyi verildi.

X X X

Daha sonra tarixi Bodrum qalasında “Türk düyünü” adlı konsert təqdim olundu.