05 iyun 2014, 15:05

İrina Mankovskayadan, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident! Xalqımız üçün gördüyünüz bütün xeyirxah işlərinizə görə Sizə təşəkkür etmək istəyirəm. Tanrının köməyi ilə və Sizin sayənizdə Azərbaycanın günbəgün firavanlaşmasını, inkişaf etməsini və xoşbəxt gələcəyə doğru yeni addımlar atmasını müşahidə etmək bizim üçün böyük sevincdir. Təzə təmir olunmuş, təmizliyi göz oxşayan müəssisələrə daxil olanda, təmiz, səliqəli, yaxşı qulluq edilən parklarda gəzəndə, yüksək zövqlə təmir olunmuş gözəl binaların yanından maşınla keçəndə qəlbimiz fərəhlə dolur. Sizin sayənizdə ölkəmizin həyatında sürətlə tətbiq edilən müsbət dəyişiklikləri çox sadalamaq olar. Lakin mən Sizə və Sizin fəaliyyətinizi dəstəkləyənlərin, Sizin köməkçilərinizin hamısına bircə kəlmə, ürəkdən gələn “SAĞ OL!” deməklə təşəkkürümü bildirmək, Sizə, ailənizə və doğmalarınıza möhkəm cansağlığı, xoşbəxtlik və gümrahlıq arzu etmək istəyirəm. Əlbəttə, Sizə şəxsən təşəkkür edə bilsəydim, özümü xoşbəxt sayardım, lakin nə yaxşı ki, Sizin bu cür gözəl saytınız var. Bunu be yaxınlarda bilmişəm və nə yaxşı ki, saytın köməyi ilə ürək sözlərimi ifadə edə bilirəm. Bir daha çox sağ olun.

Sizi təmiz ürəklə sevən, dərin hörmət bəsləyən İrina Mankovskaya

evdar qadın, Azərbaycan, Bakı, Binəqədi rayonu,
28 May küçəsi, ev 66/68, mənzil 121