Dövlət başçılarının şərəfinə rəsmi nahar verilmişdir

05 iyun 2014, 22:30

Bodrumda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının IV Zirvə toplantısında iştirak edən dövlət başçılarının şərəfinə Türkiyə Respublikasının Prezidenti Abdullah Gülün adından rəsmi nahar verilmişdir.

Prezident İlham Əliyev naharda iştirak etmişdir.