Gerb

01 dekabr 2010, 17:58

Əlahəzrət,


Ölkənizin milli bayramı - Birləşmiş Ərəb Əmirlikləri dövlətinin yaranması günü münasibətilə Sizə ən səmimi təbriklərimi yetirirəm.

Əminəm ki, ölkələrimizi birləşdirən dostluq və əməkdaşlıq əlaqələrinin inkişafı daim xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, qardaş xalqınıza sülh və rifah arzulayıram.

Hörmətlə,

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı, 22 noyabr 2010-cu il