14 iyun 2014, 10:10

Saməddin Məlikovdan, Salyan, Azərbaycan

Hörmətli cənab Prezident!

Rayonumuzun Çuxanlı-Gəncəli-Piratman-Parça Xələc-Seyidan avtomobil yolunun tikintisi məqsədi ilə vəsait ayrılması haqqında 2014-cü il 11 iyun tarixli Sərəncamınız bizə göstərilən qayğının növbəti nümunəsidir. Bu yol digər kəndlərlə yanaşı, bizim kəndin sakinləri üçün də böyük əhəmiyyət kəsb edir. Qeyd edək ki, hazırda tikilməkdə olan həmin yol Salyan-Şirvan yoluna birləşdiyindən sakinlərin qonşu Şirvan şəhərinə gediş-gəlişi də xeyli rahatlaşacaqdır.

Möhtərəm Prezident, bizə göstərdiyiniz bu qayğıya görə Piratman kənd ağsaqqalları adından Sizə dərin minnətdarlığımızı bildiririk.

Hörmətlə,

Məlikov Saməddin Ərəstun oğlu.

Azərbaycan Respublikası, Salyan rayonu, Piratman kəndi.